"2026 sülh ili olmayacaq" - Ramiz Yunusdan XƏBƏRDARLIQ

"2026 sülh ili olmayacaq" -  Ramiz Yunusdan XƏBƏRDARLIQ
05.01.2026 10:25 Təhlil

“ABŞ-nin Venesuelada keçirdiyi, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Prezident Nikolas Maduronun həbs edilməsi və ABŞ-yə aparılması ilə nəticələnən əməliyyatın əhəmiyyəti Latın Amerikası çərçivəsindən xeyli kənara çıxır. Beynəlxalq hüquq baxımından bu, suverenlik prinsipinin və güc tətbiqinin müharibədən sonrakı bütün arxitekturasının birbaşa pozulmasıdır. Lakin daha vacibi odur ki, 1945-ci ildən sonra dünya nizamının memarı və əsas təminatçısı olan ABŞ onilliklər boyu özünün dəstəklədiyi sistemin çərçivələrindən kənarda hərəkət edir. Bu, köhnə nizamın müdafiəsi deyil, onun dağılmasıdır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında paylaşıb.

Professor bildirib ki, Sovet İttifaqının dağılmasından sonra dünya qeyri-rəsmi birqütblülük rejimində mövcud olub. Bu sistem hüquqi baxımdan rəsmiləşdirilməsə də, siyasi olaraq qəbul olunub. ABŞ arbitrlik edir, beynəlxalq hüquq universal dil rolunu oynayır, qaydalar isə gücün legitimləşdirilməsi mexanizmi kimi çıxış edir, hətta Qərbin hərbi əməliyyatları belə normativlik və istisnalılıq ritorikası ilə müşayiət olunur, bununla da sistemin dayanıqlığı illüziyası qorunurdu.

Ramiz Yunusun sözlərinə görə, bu quruluşda ilk ciddi çatlar 2007-ci ildə Vladimir Putinin Münhen çıxışından sonra meydana çıxıb: 

“Həmin vaxt Rusiya ABŞ-nin qərar qəbuletmə üzərindəki monopoliyasını açıq şəkildə qəbul etmədiyini bəyan etdi. Ardınca 2008-ci ildə Gürcüstanla müharibə, 2014-cü ildə Krımın ilhaqı və 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal baş verdi. Bu addımlar beynəlxalq hüququn kobud şəkildə pozulması olsa da, uzun müddət qaydaların sonu kimi deyil, qaydalara meydan oxuyan revizionist davranış kimi qiymətləndirildi.

24 fevral 2022-ci il avantürası Rusiyanın öz mövqeyini köklü şəkildə dəyişdi. Böyük dövlət statusunun bərpası əvəzinə Rusiya uzanan müharibə, strateji zəifləmə, texnoloji deqradasiya və Çindən kritik asılılıqla üzləşdi. Bu gün Rusiya yeni dünyanın qütbü deyil, hərbi baxımdan təhlükəli, lakin siyasi və iqtisadi cəhətdən zəifləmiş aktordur və onu Vaşinqton və Pekinlə eyni sıraya qoymaq real güc balansını görməməzlikdən gəlmək deməkdir”.

Professor qeyd edib ki, bu illər ərzində paralel olaraq Çin güclənib. Pekin sistemi kəskin jestlərlə dağıtmır, əksinə, iqtisadi, maliyyə və institusional alternativlər qurmaqla Qərb-mərkəzli nizamın idarə olunan şəkildə sökülməsində maraqlı olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, Çin xaos deyil, qaydaların artıq universal olmadığı yeni düzən istəyir.

Siyasətçi hesab edir ki, ABŞ-nin Venesueladakı əməliyyatı keyfiyyətcə dönüş nöqtəsidir. Əgər əvvəllər beynəlxalq hüququn pozulması sistemə meydan oxuyanlardan qaynaqlanırdısa, indi onun çərçivələrindən kənarda elə sistemin təminatçısı özü hərəkət edir. Arbitrin təqsirləndirilənlərlə eyni qaydalarla oynamağa başlaması arbitrajın özünü mənasız edir. ABŞ presedent yaradır və bu presedent həlledici xarakter daşıyır.

Ramiz Yunus bildirib ki, dünya bu mərhələdə “hüququn gücü”ndən “gücün hüququ”na keçir:

“Bu, qlobal sistemin dərhal çökməsi deyil, lakin normaların universallığının sonu deməkdir. Qaydalara artıq məcburi olduğu üçün deyil, sərfəli olduğu müddətcə əməl edilir. Beynəlxalq institutlar son instansiya rolunu itirir, onların yerini situativ koalisiyalar və güc balansları tutur.

2026-cı il sülh ili olmayacaq. Müharibənin nəticəsi abstrakt ədalət və bəyanatlarla deyil, Ukraynanın hərbi dayanıqlığı, Rusiyanın tükənmə hədləri və Avropanın ardıcıl dəstəyi ilə müəyyən olunacaq. Avropa İttifaqı üçün Ukraynaya yardım artıq mənəvi seçim deyil, birbaşa təhlükəsizlik məsələsidir”.

Cənubi Qafqazla bağlı Ramiz Yunus bildirib ki, köhnə nizamın dağılması region üçün daha sərt reallıq yaradır. Rusiyanın zəifləməsi onun bölgəyə nəzarət imkanlarını azaltsa da, qlobal qaydaların yoxa çıxması Azərbaycanla Ermənistan arasında sülhü xarici təzyiqdən çox, soyuq hesablamanın nəticəsinə çevirir. Bu kontekstdə Ermənistanda qarşıdan gələn parlament seçkiləri və Konstitusiyanın yenidən baxılması müzakirələri strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması sülh üçün real maneədir və rəsmi Bakı onların aradan qaldırılmasını açıq şəkildə tələb edir.

Professor vurğulayıb ki, Ermənistan bu gün zəif tərəfdir, Azərbaycan isə müharibənin qalibi və de-fakto Cənubi Qafqazın lideridir:

“Qlobal xaos şəraitində revanşizm Ermənistan üçün risklərin artması və gələcəyin itirilməsi deməkdir. Əksinə, güclü qonşu ilə sülh müqaviləsi təhlükəsizlik, inkişaf və regional izolyasiyadan çıxış üçün imkan pəncərəsi aça bilər.

2026-cı il bir sərhəd xəttinə çevrilir: köhnə istiqamətlər artıq işləmir, yeniləri isə hələ formalaşmayıb. Venesueladakı hadisələr sadəcə növbəti əməliyyat deyil, beynəlxalq hüququn fövqəldövlətlərin milli maraqlarından üstün sayıldığı sistemin sonunun simvolik işarəsidir.

“Qanun güc olmaqdan çıxanda, güc qanuna çevrilir” – bu aforizm artıq sadəcə formul deyil, baş verənlərin mahiyyətini əks etdirir. Qanun gücə yer verib, dünya isə yeni, çox qarışıq dövrə qədəm qoyur".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Bütün Xəbərlər