Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir...

Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir...
07.08.2026 10:41

2026-cı ilin iyul ayı regionun ən böyük elektron ticarət platforması olan "Wildberries" üçün ağır sınaqlar və ciddi maliyyə itkiləri ilə yadda qaldı.  Ukrayna ilə Rusiya arasında davam edən münaqişə fonunda cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıqda yerləşən e-ticarət infrastrukturunun pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınması hərbi-strateji baxımdan daxili təchizat zəncirini iflic etmək və iqtisadiyyata zərbə vurmaq məqsədi daşıyır.

Şirkətin həyati əhəmiyyət daşıyan obyektlərinə endirilən kütləvi dron zərbələri  bu platforma üzərindən fəaliyyət göstərən yüz minlərlə kiçik və orta sahibkarın gələcəyini də böyük sual altına qoydu.

Hər şey iyulun ortalarında Kotovsk və Elektrostaldakı logistika mərkəzlərinə endirilən ilk zərbələrlə başladı.

Çox keçmədən hücumların coğrafiyası kəskin şəkildə genişləndi. Bir neçə həftə ərzində Krasnodar, Nevinnomıssk, Yekaterinburq, Sankt-Peterburq, Ryazan, Penza, Volqoqrad, Tatarıstan və Samara vilayətindəki nəhəng anbar kompleksləri ya birbaşa vuruldu, ya da təhlükəsizlik səbəbindən təcili təxliyə edildi.

Rəsmi məlumatlara görə, bu insidentlər zamanı ən azı səkkiz nəfər həyatını itirdi, onlarla insan yaralandı. Şirkətin ən böyük dayaq nöqtəsi sayılan Koledino mərkəzinin belə təxliyə olunması vəziyyətin nə dərəcədə kritik olduğunu göstərdi. 

Ekspertlərin və Data Insight agentliyinin hesablamalarına görə, hücuma məruz qalan anbarların ümumi sahəsi 1,4 milyon kvadratmetri keçir. Bu isə "Wildberries"in ölkə üzrə malik olduğu ümumi logistika imkanlarının təxminən beşdə birinin sıradan çıxması deməkdir.

Daşınmaz əmlak mütəxəssisləri dağılmış infrastrukturu bərpa etmək üçün 80 milyard rubldan çox vəsaitin tələb olunduğunu bildirirlər. Lakin əsas zərbə platformada məhsul satan müstəqil sahibkarlara dəydi; məhv olan malların dəyərinin 280 milyard rubla yaxınlaşdığı təxmin edilir. Hətta bazarın digər böyük oyunçusu olan "Ozon" şirkətinin anbarlarına fiziki ziyan dəyməsə də, ümumi panika fonunda onun səhmləri də kəskin şəkildə ucuzlaşdı. 

Hadisələrin hüquqi tərəfi isə zərərçəkən satıcılar arasında böyük narazılığa səbəb olub. "Wildberries" hücumlardan dərhal əvvəl, iyulun 7-də satıcılarla bağladığı istifadəçi müqaviləsinə gözlənilməz dəyişiklik edərək dron zərbələrini və terror aktlarını "fors-major" hallarına əlavə etmişdi. Bu addım şirkəti hüquqi cavabdehlikdən azad etsə də, satıcılar bunu  kəskin etirazla qarşıladı. Üstəlik, aparıcı sığorta şirkətləri "Wildberries" anbarlarını bu cür risklərə qarşı sığortalamadıqlarını bəyan etdilər. Hazırda bir çox hüquq firmaları platformanın təhlükəsizlik torları və RƏB sistemləri kimi zəruri müdafiə tədbirləri görmədiyini əsas gətirərək, məhkəməyəqədər kütləvi iddialar hazırlayırlar.

Digər tərəfdən, "Wildberries"in zərərçəkənlərə təklif etdiyi kompensasiya mexanizmi – sözdə "satış simulyatoru" da problemləri həll etməyə yetməyib. Yüz minlərlə rubl dəyərində malını itirən sahibkarlara simvolik məbləğlərin ödənilməsi və ya iri brendlərə heç bir ödənişin edilməməsi narazılığı daha da alovlandırdı.

Yaranmış böhrandan çıxmaq üçün "Finn Flare", "Kidi", "Procomfort.dog" kimi müxtəlif geyim və uşaq brendləri sosial mediada alıcılarına birbaşa müraciət edərək, məhsullarını vasitəçisiz, rəsmi saytlardan almağı xahiş etdilər. Məşhur bloqerlərin və ictimaiyyətin dəstəklədiyi bu fləşmoblar sayəsində bəzi brendlər pərakəndə satışlarını müvəqqəti olaraq artırmağı bacarsalar da, ümumi mənzərə kədərli olaraq qalır.

"Wildberries" rəhbərliyi hazırda itirilmiş logistika gücünü bərpa etmək üçün Rusiyadakı anbar qıtlığı fonunda Qazaxıstan kimi qonşu ölkələrdə yeni sahələr icarəyə götürməyə çalışır.

Jalə Rövşən 

FOTOLAR

Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... — 1
Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... — 2
XƏBƏR LENTİ
07 AVQUST 2026
Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Bütün Xəbərlər