Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi

Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi
19.06.2026 13:53 Təhlil

NATO-nun 2026-cı ildə Ankarada keçiriləcək tarixi Zirvəsi ərəfəsində Türkiyənin mövqeyi daha da güclənir.

Türkiyənin Müdafiə Naziri Yaşar Gülər NATO-nun kollektiv müdafiə mexanizminin əsasını təşkil edən V (5-ci) maddəyə sadiqliyin yenidən və güclü şəkildə təsdiqlənməsini əsas gözlənti kimi irəli sürdü.

Ankara Zirvəsindən əsas gözlənti NATO-nun əsasını təşkil edən kollektiv müdafiə anlayışının və 5-ci maddəyə bağlılığın güclü şəkildə təsdiqlənməsidir.

Bu, Vaşinqton Müqaviləsinin 1949-cu ildə qoyduğu əsas prinsipi – bir üzvə hücumun bütün ittifaqa hücum kimi qəbul edilməsi prinsipini gücləndirəcək.

Türkiyə NATO-nun ən böyük ikinci ordusuna malikdir və ittifaqın ən etibarlı üzvlərindən biridir. Ölkə komando birliklərinin imkanlarını artırır, dəyişən təhlükə mühitinə uyğun yeni qabiliyyətlər inkişaf etdirir və gələcəkdə NATO-nun ən kritik qüvvə strukturlarından biri olan Müttəfiq Reaksiya Qüvvəsinin (Allied Reaction Force) komandanlığını üstələyəcək.

Proses Ankaranın strateji əhəmiyyətini təsdiqləyir.

Geosiyasi gərginliklər fonunda, məsələn, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar, Çin faktorunun artması) NATO üzvləri arasında həmrəyliyin yenidən təsdiqi lazımdır.

ABŞ-dəkı mümkün siyasət dəyişiklikləri xüsusilə Avropanın müdafiəsində daha çox yük daşıma tələbi fonunda Türkiyə özünü “Avropa-Atlantik təhlükəsizliyinin mühüm dayağı” kimi təqdim edir.

Ankara sammiti “NATO-nun Ankara anı” kimi xarakterizə olunur – ittifaqın gələcək strateji yönümünün müəyyənləşdiriləcəyi kritik mərhələdir.

Türkiyə NATO-ya qoşulmasının 74-cü ildönümünü qeyd edərkən artıq “ittifaqın gələcəyinə yön verən başlıca ölkələrdən biri” statusuna iddialıdır.

Ölkə həm Balkanlardan Qara dənizə, həm də Yaxın Şərqə qədər geniş coğrafiyada təhlükəsizlik töhfəsi verir, Ukraynaya dəstək göstərir və müdafiə sənayesindəki uğurları ilə diqqət çəkir. Müdafiə Nazirinin mesajı Ankara Zirvəsi öncəsi Türkiyənin “masada bərabər oyunçu” kimi mövqeyini möhkəmləndirən strateji gedişdir.

Ankara öz maraqlarını və ittifaqa verdiyi töhfəni açıq şəkildə ortaya qoyub.

Jalə Rövşən

NEWS FEED
19 JUNE 2026
Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bu Nazirliklərə yeni səlahiyyətlər verildi - FƏRMAN 14:49 Xəzər rayonunda yanğın başladı 14:47 Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi 14:31 Moskva gün işığına həsrət qaldı - Ukrayna dronları səmaları örtdü - VİDEO 14:12 Rusiya yoxa çıxır, nə edirsiniz? 14:06 İran erməni qardaşlarına bərk hiddətləndi: Proseslər nəzarətdən çıxır... 14:01 Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi 13:45 Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edildi 13:33 Putin tapşırıq verdi - Ukrayna Ordusu kütləvi şəkildə qətlə yetirilicək - Lavrov açıqladı... 13:12 Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi 13:11 Temperatur kəskin dəyişəcək - SABAHIN HAVASI 13:08 DÇ 2026: Türkiyə Paraqvaya qarşı 12:51 All News