Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi

Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi
03.08.2026 17:57 Xarici siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barərə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı səfir Tiina Nirk etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Estoniyanın Azərbaycanda səfirlik təsis edilməsi barədə qərarı məmnunluqla qarşılanaraq, bu addımın ikitərəfli münasibətlərin daha da inkişafına, siyasi dialoqun intensivləşməsinə və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər Azərbaycan ilə Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Komissiyanın növbəti iclasının keçirilməsinin əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verəcəyini qeyd ediblər. Həmçinin təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Səfir Tiina Nirk Azərbaycanla münasibətlərin inkişafına Estoniyanın böyük önəm verdiyini bildirərək, ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə daha da genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi — 1
Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi — 2
Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi — 3
XƏBƏR LENTİ
03 AVQUST 2026
"Tehran cavab zərbəsindən qorxur" - Netanyahu 19:39 Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı 19:31 Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı 18:59 İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Bakı Qızlar Universitetinin işçilərinin gələcək taleyinə aydınlıq gətirildi 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Bütün Xəbərlər