Kəskin PROQNOZ: "ABŞ-nin 22 bazası alova bürünəcək"

Kəskin PROQNOZ: "ABŞ-nin  22 bazası alova bürünəcək"
12.01.2026 14:16 Təhlil

İranda etirazlar səngiyir, beynəlxalq və daxili təzyiqə baxmayaraq SEPAH rejimin yanında qalmağa davam edir. KİV-də olan məlumatlara görə, belə olan halda etirazçılara dəstək üçün ABŞ və İsrail addım atmalıdır. Trampın sabah təhlükəsizlik kabineti ilə görüşü var. ABŞ və İsrail SEPAH-ın hərbi gücünü hədəf almağa çalışacaqlar.

Maraqlıdır, ABŞ və İsrailin SEPAH-ın hərbi gücünü hədəf alan konkret addımlar atması gözləniləndir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki,  ABŞ İranla müharibəyə qarşıdır:


"Amerika Birləşmiş Ştatlarının hərbi sistemində İranla bağlı çox dəqiq və konkret yanaşma mövcuddur. ABŞ yalnız o halda hərbi əməliyyatlara qoşulur ki, yüksək rütbəli hərbi rəhbərlik buna razılıq versin. İran məsələsində isə hələ 2012-ci ildən etibarən, xüsusən də 2015–2016-cı illərdə Amerika hərbçiləri qəti şəkildə bildirirdilər ki, İranla müharibəyə girmək olmaz. Çünki İranın potensialı böyükdür, regionda imkanları genişdir və ABŞ-nin bölgədəki bütün hərbi bazaları İranın raket proqramının hədəfindədir".

Analitik qeyd edib ki, Netanyahu ABŞ-nin  müdaxiləsini istəyir:


"Mənim qənaətimə görə, Donald Tramp hazırda yəhudi lobbisini inandırmaq üçün özünəməxsus siyasi kampaniya aparır və guya İran rejiminə qarşı sərt, qeyri-adi addımlar atacağı görüntüsünü yaradır. Halbuki yayda, iyun ayının ortalarından sonra baş verən 12 günlük qarşıdurma zamanı ilk 9 gün qeyri-müəyyənlik hökm sürsə də, 10-cu gündə İsrailin baş naziri Benyamin Netanyahu ciddi təşvişə düşdü. O artıq anlayırdı ki, İranın raket zərbələri qarşısında İsrail ağır dağıntılarla üzləşə bilər. Məhz bu səbəbdən Donald Trampdan müdaxilə etməsini xahiş etdi".

Ekspert əlavə edib ki, hücumlar nəticə vermədi, Netanyahu isə İranı vurmaqda israr edir:

"Biz həmin müdaxilənin formasını da gördük. Geniş şəkildə təbliğ olunan hərbi aviasiya uçuşları və İranın üç nüvə obyektinə guya zərbələrin endirilməsi ictimaiyyətə təqdim olundu. Lakin nəticədə nə baş verdi? 400 tondan artıq zənginləşdirilmiş nüvə materialı məhv edilmədi. İran tərəfi də açıq şəkildə bildirdi ki, obyektlərin dağıdıldığı iddia edilirsə, artıq həmin materialların axtarışına ehtiyac yoxdur. Buna baxmayaraq, Netanyahu hələ də israr edir ki, İran yenidən vurulmalıdır, çünki həmin materiallar onların əlində qalıb və İsrail bunun əvəzini çıxmalıdır".

T.Abbasovun fikrincə, Tramp İranla müharibəyə getməməlidir: 


"Trampın siyasi müdrikliyi öz sözünü deyərsə, düşünürəm ki, İranla müharibəyə getməməlidir. Əks halda, bu, onun üçün ciddi peşmanlıqla nəticələnə bilər. Uzun illərdir ABŞ-yə əsgər tabutları qayıtmır. Əgər müharibə başlasa, regionda yerləşən ABŞ-nin təxminən 20–22 hərbi bazasının hamısının İran üçün qanuni hədəfə çevriləcəyi şübhəsizdir. İranın ali dini rəhbəri, parlament sədri və Təhlükəsizlik Şurasının rəhbərliyi dəfələrlə açıq şəkildə bəyan ediblər ki, ABŞ və İsrail tərəfindən hər hansı hücum olacağı təqdirdə, regiondakı bütün Amerika bazaları hədəf alınacaq".

Politoloq həmçinin bildirib ki, İsrailə bağlı öhdəliklər Trampın siyasətini məhdudlaşdırır:

"Bu, sadəcə hədələmə deyil, İran siyasi və hərbi rəhbərliyinin açıq və rəsmi mövqeyidir. Mənə elə gəlir ki, ABŞ ümumilikdə Yaxın Şərqdən çıxmaq istəyir, lakin bu prosesin qarşısını alan əsas amil İsraildir. İsrailin maliyyə və siyasi təsir imkanları Trampın xeyrinə işləyib. Xüsusilə seçki kampaniyalarında Miriam Adelson və ailəsinin Trampa böyük maliyyə dəstəyi göstərməsi onun üzərinə müəyyən öhdəliklər qoyub. Bu öhdəliklərin mahiyyəti ondan ibarətdir ki, İsrail təhlükə ilə üzləşərsə, ABŞ onu tək buraxmayacaq".

Şərhçi sonda diqqətə çatdırıb ki, hücum ehtimalı zəifdir:

"Bu dəstək artıq bir dəfə nümayiş etdirildi. Lakin yenə də qeyd edirəm ki, geniş piar olunan hava hücumu real nəticə baxımından zəif oldu. Faktiki olaraq İran bu prosesdən üstün tərəf kimi çıxdı, ABŞ isə siyasi baxımdan uduzdu. Buna görə də inanmıram ki, Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi hücuma keçsin. Mən buna 100 faizdən 99 faiz ehtimalla “yox” deyirəm. Əgər belə bir addım atılarsa, bu, region üçün son dərəcə faciəvi nəticələrə gətirib çıxaracaq". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Bütün Xəbərlər