Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu
Moldova prezidenti Maya Sandu Ukrayna lideri Volodimir Zelenski, Ermənistanın Baş naziri Nikol Paşinyan və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən hədiyyələr alıb.
TodayPress TV "AzPolitika"ya istinadən xəbər verir ki, Zelenski ona 16.500 lei (təxminən 1600 manat) dəyərində əl işi dəsmal hədiyyə edib.
Ən bahalı hədiyyə Tokayevin olub. Qazaxıstan lideri Sanduya ad günündə 20.500 lei (təxminən 2000 manat) dəyərində sarı qızıl boyunbağı verib.
Zelenskinin hədiyyə etdiyi "Kazak Barokkosu" dəsmalı ukraynalı modelyer Aleksandra Telienko tərəfindən hazırlanıb. Paşinyan Sanduya gümüş qabda "Ermənistan ətri" şamı hədiyyə edib. Şamın qiyməti açıqlanmayıb.
Sandunun bəyannaməsi onun məcburi illik hesabatının bir hissəsi kimi dərc edilib. Bütün hədiyyələr Moldova qanunlarına uyğun olaraq bəyan edilib.