SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər

SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər
28.07.2026 11:00 Təhlil

Azərbaycanla İran arasında baş verən hadisələr diqqət cəlb etməkdədir.

Xüsusilə də Amerika Birləşmiş Ştatları–İran müharibəsi fonunda Azərbaycan öz bitərəfliyini elan etməsinə baxmayaraq, İranda müəyyən qüvvələr anti-Azərbaycan təbliğatı aparmaqdadırlar.


Bu xüsusda diqqət çəkən əsas məsələlərdən biri ötən gün İran Kəşfiyyat Nazirliyi tərəfindən Azərbaycanın aparıcı kanallarının, o cümlədən ölkənin birinci kanalı AzTV-nin qeyri-qanuni elan edilməsi oldu.

Bunu guya onların anti-İran və Güney Azərbaycanla bağlı təbliğat aparması ilə əsaslandırırlar.

Buna cavab olaraq Azərbaycan tərəfi Media İnkişaf Agentliyi xətti ilə həm "Səhər" kanalının, həm də "MEHR" İnformasiya Agentliyinin Azərbaycandakı fəaliyyətini qeyri-qanuni elan etdi. Amma bu detallar çərçivəsində bir sıra ciddi nüanslar diqqət cəlb etməkdədir.


SEPAH-a bağlı olan müxtəlif insayder kanallarda Azərbaycana qarşı böhtan kampaniyaları davam etdirilir və bu kampaniyalarda yeni tezislər irəli sürülür.

Bu tezislərdən biri də ondan ibarətdir ki, bu yaxınlarda Ukraynanın Xəzər dənizində İrandan Rusiyaya silah daşıyan gəmini vurmasında Azərbaycanı günahlandırırlar; iddia edirlər ki, Ukrayna dronları əməliyyat məqsədilə Azərbaycan ərazisindən istifadə edib.

Bu baxımdan, Azərbaycanı günahlandırmaq, ittiham etmək, ona məsuliyyət yükləmək və eyni zamanda ölkəmizi İran ətrafındakı əməliyyat meydanına daxil etmək cəhdi belə görünür ki, İran daxilindəki bir çox qüvvələrin xüsusi marağındadır.

Yəni İran qonşu ölkələrin münaqişəyə daha çox cəlb edilməsini prosesin mürəkkəbləşdirilməsi və içindən çıxılmaz bir mərhələyə gəlməsi kimi görür, bunu Amerika Birləşmiş Ştatlarına və İsrailə qarşı bir növ təzyiq vasitəsi kimi izah edir.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

NEWS FEED
28 JULY 2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı 14:07 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edildi 14:04 Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu 13:50 Prezident sərəncam imzaladı 13:46 Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi 13:38 Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində 13:33 O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı 13:20 DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 40 dərəcə isti olacaq - SABAHIN HAVASI 13:00 Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir - İş başlandı 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR! 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 All News