Sabiq XİN rəhbəri “Mehdiyev işi” barədə: “Bu dairələrə kimin haqlı olması maraqlı deyil”

Sabiq XİN rəhbəri “Mehdiyev işi” barədə: “Bu dairələrə kimin haqlı olması maraqlı deyil”
20.10.2025 14:08 Təhlil

“Ölkədə baş verən son proseslərdə iştirak etmək niyyətində deyiləm. İstintaqın nəticələri açıqlanmayınca, fikir söyləmək də düzgün olmaz”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu Azərbaycanın sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı TodayPress TV-yə danışarkən deyib.

O vurğulayıb ki, xaricdə olan və bizə qarşı müxtəlif mənfi planları həyata keçirmək istəyən dairələr üçün ölkəmizdə daxili gərginliyin yaranması vacibdir: 

“Bu dairələr üçün kimin haqlı və ya haqsız olması əhəmiyyət daşımır. Onların məqsədi cəmiyyətin və ya onun bir hissəsinin bu əsaslarla bölünməsi, siyasi, sosial və iqtisadi gərginlik üçün əlverişli mühitin yaradılmasıdır. Digər ölkələrdə də buna bənzər hadisələr baş verir. Əsas məqsəd müəyyən münaqişə mövzusu yaradıb, gələcəkdə ondan istifadə etməkdir”. 

Sabiq nazir bu cür hadisələrə və onların yaratdığı ictimai dalğaya mənfi yanaşdığını deyib: 

“İctimai stabilliyin pozulması cəhdləri var. Bu baxımdan, məsələyə aid rəsmi məlumatlar çox olmalı və açıqlanmalıdır. Müxtəlif məlumatlar yayılır və açıq məsələdir ki, onların yayılması müəyyən məqsədlərlə həyata keçirilir. Mən isə bu proseslərdə iştirak etmək niyyətində deyiləm. İstintaq nəticələri açıqlanmayınca, hansısa fikir söyləmək düzgün olmaz".

Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev oktyabrın 14-də həbs olunub.

İstintaq orqanının təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər