Paşinyan peraşkisini böldüyü dostunu niyə "yanladı"? – Simonyanın şok istefasının sirri!

Paşinyan peraşkisini böldüyü dostunu niyə "yanladı"? – Simonyanın şok istefasının sirri!
06.07.2026 14:27 Təhlil

İyulun 2-də seçki ərəfəsində daim Nikol Paşinyanın yanında olan Ermənistan parlamentinin sədri Alen Simonyan vəzifəsindən istefa verdi. 

Onun sözlərinə görə, parlamentin sədri vəzifəsində qalacağını düşünürdü, lakin idarə heyətinin və partiyanın qərarından narazı deyil. Həmçinin Simonyan Ermənistan prezidenti vəzifəsini tutacağı ilə bağlı yayılan xəbərləri də təkzib edib.

Bəs Simonyan niyə "vuruldu"?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Natiq Miri  Simonyanın istefa məsələsinin daha çox qısamüddətli taktiki gedişə bənzədiyini deyib:


“Xatırlayın, Simonyanın ailəsi, xüsusilə də həyat yoldaşının qohumları ilə bağlı korrupsiya hadisələri kontekstində xoşagəlməz hadisələr baş vermişdi və iş Ermənistan İstintaq Komissiyasına qədər böyüdülmüşdü. Sonradan proses dayandırılmış olsa da, Ermənistan ictimai rəyinə təsirsiz ötüşmədi. Digər tərəfdən, Nikol Paşinyanın gözlədiyi dəstək tam anlamı ilə seçkilərin nəticəsində ortaya çıxmadı. Ona görə də təhlillər göstərir ki, Paşinyanın ən azı müəyyən korrektələr etməyə və öz komandası daxilində budamalara getməyə ehtiyacı var. Ermənistan ictimaiyyəti bunu görməli və hiss etməlidir, çünki bu, sadəcə Simonyanla bağlı məsələ deyil. Bu gün ən böyük seçici elektoratına malik olan İrəvan şəhərində də Nikol Paşinyan gözlədiyi səsləri ala bilmədi. Ona görə də İrəvan meriyasında çox ciddi dəyişikliklərin, təmizləmələrin olacağı da gözlənilir, ancaq Simonyanla bağlı məsələnin daha çox taktiki gediş olduğunu düşünürəm. Çünki Simonyan həm də Rusiyaya qarşı ən sərt mövqedə duran hakimiyyət nümayəndələrindən biri idi. Ona görə də Rusiya ilə münasibətləri düzəltmək xatirinə qısamüddətli bu cür taktiki gedişlərə əl atılması gözlənilən idi”.

Analitikin sözlərinə görə, bu, uzunmüddətli perspektivdə Simonyanın tamamilə siyasətdən uzaqlaşacağı və ya işsiz qalacağı anlamına gəlmir:

“Ola bilsin ki, yaxın gələcəkdə və ya perspektivdə Alen Simonyan strateji vəzifələrdən birinə təyin olunsun. Ancaq indiki vəziyyətdə Simonyan kimi böyük fiqurun sanki qurban verilmiş kimi göstərilməsi həm daxili auditoriyaya, həm də Rusiya ilə münasibətləri düzəltmək məqsədilə ortaya qoyula bilər. Daha çox belə düşünürəm. Çünki Simonyan nə Nikol Paşinyanın, nə də partiya rəhbərliyinin qərarından narazılıq edir. Partiyada qalmağa davam edir və siyasi fəaliyyətini də davam etdirəcək. Həmçinin bəyan edir ki, siyasi fəaliyyət göstərə biləcəyi əsas siyasi güc mərkəzi məhz indiki "Vətəndaş müqaviləsi" Partiyası və Nikol Paşinyandır”.

Natiq Miri düşünür ki, Simonyanın istefasını bunu partiya, komanda daxilində parçalanma elementi kimi qiymətləndirmək doğru olmaz.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
06 JULY 2026
Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 İsrail siyasi mesajını götürüb... – Politoloq detalları açdı 16:56 Amerika silahlı İŞİD-lə qarşılaşmaqdansa, Şaraanın əlini sıxmağa razıdır 16:50 Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar... 16:53 Azərbaycandan Ermənistana 30 vaqon propan qazı göndərildi 17:10 Ermənistanı bədbəxt edən həmin gün: Azərbaycana tarixi qəsd necə rəsmiləşdirildi? 16:46 Himalay dağlarında robot ordu: 3 milyard insan təhlükədə - VİDEO 16:47 Britaniya rusların boğazına çökdü - Noviçoku Moskvaya yeritdi 16:48 Putinin partiyası Kadırovu yenidən "bəy" elan etdi: 19 illik taxt-tac oyunu necə davam edəcək? 16:40 Ankarada tarixi izdiham yaşanır: Trampın korteji dünyada məşhur oldu 16:41 Belarusdan kritik çıxış - Yeni savaşın mesajları necə oxundu? 16:37 Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa 16:33 Rusiya Ukraynada "SOCAR"ın məntəqəsini vurdu: Azərbaycan nota verdi 16:21 Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək? 16:16 Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur? 16:05 Omskda neft zavodu vuruldu - VİDEO 15:56 Torpaq mülkiyyətçilərinin NƏZƏRİNƏ: Qanunvericiliyə yeni tələblər əlavə edildi 15:49 Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı 15:44 Cəmi bir çamadanla hakimiyyəti tərk edən Baş nazirin üstündə bir qəpik də yox idi - Nəsib bəy Yusifbəylinin tarixi faciəsi 15:30 Azərbaycanın hücum təyyarələri belə göründü, bütün Türkiyənin qürurunu oxşadı - VİDEO 15:19 Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır? 15:09 Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ! Qabiliyyət imtahanlarının başlama tarixi açıqlandı 15:03 Şıx çimərliyində dənizə nə tökülür? - VİDEO 14:59 İsrail çaxnaşır - Yəhudilər Azərbaycana görə Netanyahuya üsyan etdilər 14:51 All News