Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov?

Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov?
27.07.2026 17:01 Təhlil

İsveçrə səfirliyində gizlənməsi ilə tanınan və bu ilin başlanğıcında Münxendə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Siz qadın paltarında səfirlikdə gizlənən o insansınız?" sualı ilə üzləşən mühacir jurnalist Emin Hüseynov növbəti dəfə Azərbaycan əleyhinə yönəlmiş fəaliyyəti ilə gündəmə gəlib.

“BT News” teleqram kanalının yaydığı məlumata əsasən, layihənin ilk qonağı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını açıq şəkildə inkar edən təxribatçı David Stepanyan olub.

Emin Hüseynov yeni layihə tərəfdaşları ilə birgə ənənəsinə sadiq qalaraq Azərbaycanda demokratiyanın olmadığını iddia etməyə başlayıb. Paralel olaraq, Ermənistanda guya demokratik mühitin mövcudluğunu, seçkilərin nümunəvi keçirildiyini və ölkədə heç bir siyasi məhbusun olmadığını irəli sürüb. Lakin o, İrəvanda müxalifət nümayəndələrinin kütləvi şəkildə həbs olunması faktlarını tamamilə sükutla qarşılayıb - görünür, kuratorlarının əhvalını pozmaq istəməyib. Efirin erməni iştirakçıları isə Azərbaycana qarşı növbəti təbliğat kampaniyasından məmnunluqla istifadə ediblər.

Çıxışında Qərbi Azərbaycan mövzusuna toxunan David Stepanyan bunun sülh prosesinə mane olduğunu iddia edib. Buna baxmayaraq, o, Ermənistanda Azərbaycana qarşı tədbirlər təşkil edən, ölkəmizin ərazi bütövlüyünü tanımaqdan imtina edən və separatçı rəmzlərdən istifadə edən revanşist dairələrin fəaliyyətinə heç bir münasibət bildirməyib.

Maraqlıdır ki, Ermənistanda bu cür revanşist əhval-ruhiyyənin mövcudluğunu hətta Baş nazir Nikol Paşinyan da etiraf edir. Lakin Stepanyan bu reallıqları görməzdən gələrək diqqəti Azərbaycanı ittiham etməyə yönəldir. Bundan başqa, Stepanyan Qarabağda erməni kilsələrinin söküldüyü iddiasını irəli sürüb. Lakin o, auditoriyaya xatırlatmaq istəməyib ki, Cenevrə və Haaqa konvensiyalarına əsasən, işğalçı tərəfin başqa bir dövlətin ərazisində qanunsuz tikinti aparmaq hüququ yoxdur. İşğal dövründə, xüsusilə məcburi köçkünlərin geri qayıdışını çətinləşdirmək və işğalı möhkəmləndirmək məqsədilə inşa edilmiş bütün struktur və tikililər hüquqi cəhətdən qanunsuz hesab olunur və sökülməlidir.

Bu məqamda məsələyə daha geniş bucaqdan baxdıqda, tamamilə paradoksal bir mənzərə ortaya çıxır. Artıq Ermənistanın Baş naziri Nikol Paşinyan belə “Real Ermənistan” konseptini irəli sürərək revanşist ideyalardan imtina etməyin, Azərbaycanın ərazi bütövlüyünü tanımağın və regionda sülhün vacibliyini dilə gətirir. Paşinyan öz çıxışlarında etiraf edir ki, Ermənistandakı revanşist xəyalpərəstlər və tarixi iddialar ölkəni fəlakətə aparır, bu səbəbdən qonşularla real sülh dili tapılmalıdır.

Emin Hüseynov isə İrəvandakı bəzi revanşistlərdən daha radikal erməni mövqeyi nümayış etdirir. Paşinyanın belə ehtiyatla yanaşdığı və ya etiraf etmək məcburiyyətində qaldığı məsələlərdə Emin Hüseynov birbaşa revanşist daşnakların və Stepanyanın tərəfində durur. O, işğal dövrünün hüquqsuzluqlarını ört-basdır etmək üçün hətta Ermənistan rəhbərliyinin ehtiyatlandığı cəfəngiyyətləri də həvəslə tirajlayır. Paşinyanın öz cəmiyyətinə real sülhün və dinc birgəyaşayışın zəruriliyini anlatmağa çalışdığı bir vaxtda, Emin Hüseynov erməni şovinistlərinin Azərbaycana qarşı apardığı ən çirkin təbliğatın alətinə çevrilir.

Maska tamamilə düşdü

Bu hekayədə ən diqqətçəkən məqam məhz Emin Hüseynovun davranışıdır. O, işğal dövründə qanunsuz ucaldılmış tikililərin taleyindən narahatlıq ifadə etdiyi halda, işğal illərində dağıdılmış Azərbaycan məscidləri, qəbiristanlıqları, tarixi abidələri və yaşayış məntəqələri haqqında Stepanyana bir dəfə də olsun xatırlatma etməyib. Məhz həmin anda maska tamamilə düşür. Hüseynov erməni tərəfinin əsassız iddialarına qarşı çıxmaq əvəzinə, onlara həvəslə dəstək verərək efirin Azərbaycana qarşı ittihamlar səsləndirilən növbəti platformaya çevrilməsinə kömək edib.

O, müharibədən əvvəl də açıq şəkildə erməni mövqeyini dəstəkləyirdi. Buna görə də Eminin növbəti layihəsi nə jurnalistika, nə də obyektiv diskussiyadır. Bu, Azərbaycanın qaralanması üçün rolların əvvəlcədən bölüşdürüldüyü növbəti təbliğat şousudur. Burada biri ittiham edir, digərləri onu dəstəkləyir, Emin isə yeni tərəfdaşlarının rəğbətini qazanmağa çalışır.

Məhz burada sual yaranır: Real Ermənistanın gələcəyini düşünməyə məcbur olan Paşinyan daha çox ermənidir, yoxsa Azərbaycana qarşı təxribat platformalarında erməni revanşistlərinə dirijorluq edən Emin Hüseynov?

Qiymət Mahir

NEWS FEED
27 JULY 2026
Latın Amerikası qarışdı: Argentina prezidenti braziliyalı həmkarını təhqir etdi 19:21 Putin ordunun sayını artırdı - TƏCİLİ 19:07 İraqda ABŞ istehsalı PUA qəzaya uğradı - VİDEO 18:57 23 yaşlı oğlan çayda çimmək istəyirdi, faciə baş verdi - TƏFƏRRÜATLAR 18:53 Rəsmi Moskva təklif irəli sürdü: Münaqişə bitir? 18:42 Ukrayna İranı hədəfə aldı: “Təcavüzün şərikisən, qurban deyilsən!” 18:31 Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər 18:24 Külək insanları xəstəxanalıq etdi - Yaralananlardan biri əməliyyat şöbəsinə yerləşdirildi 18:14 Monteneqrodan YENİ QƏRAR: 5 ölkənin vətəndaşlarına viza tətbiq edir 18:07 Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi 17:56 "Toplum TV" işi üzrə hökm oxundu 17:43 Hicablı qadınların çimərlik dilemması: Özləri hicab taxır, bəs naməhrəmləri görmələri günahdırmı? 17:26 Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı 17:15 Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq 17:09 Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı 17:02 Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov? 17:01 MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı 16:28 ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 All News