Cənubi Qafqazda balans dəyişir: Vaşinqtonun Zəngəzur dəhlizi marağı...

Cənubi Qafqazda balans dəyişir: Vaşinqtonun Zəngəzur dəhlizi marağı...
15.07.2025 16:12 Təhlil

“ABŞ-nin Zəngəzur dəhlizi üzərində nəzarət istəyi regionda yeni qarşıdurmalar yarada bilər”.

Politoloq Elşad Mirbəşiroğlu bu fikri TodayPress TV-yə açıqlamasında səsləndirib.

O bildirib ki, Vaşinqtonun Zəngəzur dəhlizinə nəzarət etmək niyyəti Cənubi Qafqazda geosiyasi və geoiqtisadi balansı dəyişdirə bilər:

“ABŞ-nin Zəngəzur dəhlizi üzərində nəzarəti ələ almaq istəyi, şübhəsiz ki, Cənubi Qafqazda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar yarada bilər. Amma bu, eyni zamanda bölgədə gərginlik elementlərinin artmasına səbəb ola bilər. Çünki regionda hər bir dövlətin öz maraqları var. Xüsusilə Rusiya və İranın bu məsələyə münasibəti önəmlidir. Türkiyənin isə bu mərhələdə rəsmi mövqeyi açıqlanmayıb”.

Ekspert bildirib ki, Ermənistan tərəfi belə bir təşəbbüsün olmadığını desə də, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Vaşinqtonun Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etməyə hazır olduğunu bəyan edib:

“Bir neçə gün əvvəl məlumat yayılmışdı ki, ABŞ-nin logistika şirkətlərindən biri 32 kilometrlik dəhlizi icarəyə götürərək nəzarəti həyata keçirə bilər. Bu da onu göstərir ki, məsələ ciddi səviyyədə müzakirə olunur”.

Politoloq Zəngəzur dəhlizinin yalnız Azərbaycanla Naxçıvanı birləşdirən yol kimi deyil, daha geniş regional və beynəlxalq kommunikasiyanı təmin edən xətt kimi dəyərləndirilməli olduğunu bildirib:

“Zəngəzur dəhlizi Orta Asiyaya və Çinə çıxışı təmin edən unikal bir nəqliyyat marşrutudur. Gələcəkdə bu dəhliz regionda reallaşdırılan iri logistik layihələrin əsas komponentlərindən birinə çevrilə bilər. Bu isə onun üzərində nəzarəti geosiyasi baxımdan olduqca vacib edir. Bu təşəbbüs təkcə iqtisadi deyil, geosiyasi maraqlarla bağlıdır. Əgər reallaşarsa, ABŞ bu platformadan öz məqsədləri üçün də istifadə edə bilər”.

Politoloq Azərbaycanın buradakı mövqeyini əsas amil kimi qiymətləndirib:

“Azərbaycan regionda sabitlik və əməkdaşlıq platformalarının qurulmasında maraqlıdır. Bakı eyni zamanda bu bölgəni geosiyasi qarşıdurma meydanına çevirmək istəmir və belə imkanların qarşısını almaq üçün bütün resurslarını səfərbər etməyə hazırdır”. 

Sonda Elşad Mirbəşiroğlu bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı qərarlar yalnız Azərbaycan və Ermənistan arasında, üçüncü tərəflərin müdaxiləsi olmadan qəbul olunmalıdır. Bu məsələ xarici nəzarətdən kənarda, yalnız iki ölkənin razılaşması əsasında həll olunmalı və formalaşacaq nəqliyyat dəhlizindən sülh və inkişaf üçün istifadə edilməlidir. Azərbaycan bu yanaşmanı əsas tutaraq öz müstəqil siyasətinə və güclü mövqeyinə arxalanaraq regionun təhlükəsizlik arxitekturasının formalaşmasında aktiv rol oynayır.

Qiymət Mahir

FOTOLAR

Cənubi Qafqazda balans dəyişir: Vaşinqtonun Zəngəzur dəhlizi marağı... — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər