Barış Alper həm transferdən, həm hədəflərdən danışdı

Barış Alper həm transferdən, həm hədəflərdən danışdı
27.07.2026 16:48 İdman

“Qalatasaray”ın və Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz komanda yoldaşı Can Uzunun transferi, şəxsi gələcəyi və yeni mövsümün hədəfləri barədə danışıb.

TodayPress TV xəbər verir ki, “TRT Spor”a müsahibə verən cinah oyunçusu Can Uzunun “Qalatasaray”a transferini arzuladığını bildirib.

“Can Uzunun “Qalatasaray”a qoşulmasını istəyirəm”, – deyə Yılmaz qeyd edib.

Futbolçu eyni zamanda universitet təhsilini başa vurduğunu bildirərək bununla qürur duyduğunu söyləyib.

“Futbolçular sıx qrafik səbəbindən vaxtlarının olmadığını deyirlər. Mən isə insanlara futbol oynayarkən universitet təhsili almağın da mümkün olduğunu göstərmək istədim”, – deyə o vurğulayıb.

Barış Alper Yılmaz yeni mövsümə hazırlığın uğurla davam etdiyini, qarşıda çətin çempionatın olduğunu və komandanın zədələrdən uzaq qalaraq ən yaxşı formada mövsümə başlamağa çalışdığını bildirib.

O, baş məşqçi Okan Burukun inkişafında mühüm rol oynadığını da qeyd edib.

“Qazandığım uğurların arxasında Okan Buruk dayanır. O, hər futbolçu ilə ünsiyyət qurmağı bacaran məşqçidir”, – deyə Yılmaz bildirib.

Türkiyəli futbolçu ötən mövsüm UEFA Çempionlar Liqasında dəyərli təcrübə qazandıqlarını xatırladaraq, bu il turnirdə daha uğurlu çıxış etməyi hədəflədiklərini söyləyib.

Transfer xəbərlərinə də münasibət bildirən Barış Alper Yılmaz hazırda bütün diqqətini “Qalatasaray”ın təlim-məşq toplanışına yönəltdiyini vurğulayıb.

“Klubla müqaviləm qüvvədədir. Transfer xəbərlərinin çıxması sevindiricidir, amma hazırda bütün fikrim hazırlıq prosesindədir. Rəsmi təklif olarsa, bunu klubla birlikdə dəyərləndirəcəyik”, – deyə futbolçu əlavə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi 17:56 "Toplum TV" işi üzrə hökm oxundu 17:43 Hicablı qadınların çimərlik dilemması: Özləri hicab taxır, bəs naməhrəmləri görmələri günahdırmı? 17:26 Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı 17:15 Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq 17:09 Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı 17:02 Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov? 17:01 MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı 16:28 ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Bütün Xəbərlər