İranda etirazlar Azərbaycan sərhədinə çatdı: RİSKLƏR

İranda etirazlar Azərbaycan sərhədinə çatdı: RİSKLƏR
08.01.2026 14:56 Təhlil

İranda etiraz aksiyaları artıq Azərbaycan sərhədində yerləşən Astara şəhərinə qədər genişlənib. 

Maraqlıdır, mövcud stuasiyada Azərbaycan üçün risk varmı?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azad Məsiyev bildirib ki, İran sanksiyalara tab gətirsə də, Qərb hakimiyyəti dəyişdirməyə çalışır:


"Bildiyiniz kimi, İran dövləti uzun müddətdir Qərb tərəfindən sanksiyalara məruz qalan ölkədir. Bu sanksiyaların əsas məqsədi İranı iqtisadi cəhətdən zəiflətmək, cəmiyyəti sosial problemlərlə üz-üzə qoymaq və xalqı üsyana təhrik etməkdir. Uzun müddət ərzində İran bu sanksiyalara müqavimət göstərə bilib. Buna baxmayaraq, Qərb İranda hakimiyyət dəyişikliyinə nail olmaq və dövlət strukturlarını dəyişmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdədir".

Ekspert bildirib ki,  İranda sosial problemlərlə əlaqədar xalq etirazları uzun müddətdir davam edir. Sosial narazılıqlardan qaynaqlanan xalq etirazları ilə kəşfiyyat-pozuculuq fəaliyyəti aparan qrupların maraqları müəyyən məqamda üst-üstə düşür. Bu qruplar iğtişaşlara təhrik etmək, siyasi hakimiyyətlə konfrontasiyaya getmək və hakimiyyəti dəyişmək ssenarisini gündəmə gətirirlər.

Politoloqun qənaətincə, bu baxımdan Qərb İranda hakimiyyəti dəyişərək öz maraqlarına uyğun bir siyasi rejim qurmağa və bundan sözügedən üç istiqamətdə istifadə etməyə çalışır. İranda baş verən proseslər bu və ya digər formada qonşu dövlətlərə də təsir göstərir. Əgər İranda hərbi əməliyyatlar başlayarsa, bu, kütləvi qaçqın axınına səbəb ola bilər ki, bu da əsasən qonşu ölkələrə, xüsusilə də Azərbaycana ciddi təsir göstərə bilər.

Şərhçi, həmçinin İranda hakimiyyət dəyişikliyinin hərbi müdaxiləsiz mümkünsüz olduğunu diqqətə çatdırıb:

"Ümumilikdə, İranda hakimiyyət dəyişikliyi və ya dövlət çevrilişi ssenarisi hərbi əməliyyatlar olmadan real görünmür. Çünki İran ideoloji dövlətdir və möhkəm formalaşmış dövlət institutlarına malikdir. Sadəcə etiraz aksiyaları ilə bu cür bir dövlətin dəyişdirilməsi mümkün deyil. Qərbin, xüsusilə də ABŞ-nin rəsmi şəxslərinin İran daxilində gedən proseslərə dair verdiyi açıq bəyanatlar bir daha göstərir ki, Amerika və Qərb bu proseslərə birbaşa müdaxiləyə hazırdır. Bu isə beynəlxalq hüquq normalarına ziddir".

Ekspertin sözlərinə görə, artıq dünyada baş verən hadisələr onu göstərir ki, beynəlxalq münasibətlər hüquq üzərində deyil, güc faktoru üzərində tənzimlənir. ABŞ rəsmilərinin İran dövlətini və İranın siyasi rəhbərliyini açıq şəkildə hədələməsi də bunun bariz nümunəsidir. 

"Belə bir ssenaridə etirazçılardan sui-istifadə edilə, nəticədə İranda genişmiqyaslı vətəndaş müharibəsi və böyük qaçqın dalğası yarana bilər. Bu da istər iqtisadi, istər siyasi, istərsə də sosial baxımdan qonşu dövlətlərin, stabilliyinə təsir göstərə bilər", - politoloq qeyd edib".

Azad Məsiyev son olaraq əlavə edib ki, İranda dialoq vacibdir:

"Hesab edirəm ki, İranda xalqla dövlət arasında dialoq prosesinin başlanması və kənar qüvvələrin müdaxiləsinin qarşısının alınması vacibdir ki, ölkə iğtişaş və xaos ssenarisindən uzaq qalsın. Biz bu cür ssenarinin nəticələrini Ukraynada Maydan hadisələri zamanı da gördük. Xarici müdaxilə daxili etiraz dalğası ilə birləşdikdə, ölkə ağır siyasi və sosial böhranla üz-üzə qalır".  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
"DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 All News