Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının Livanın cənubuna zərbələr endirməsi nəticəsində "Hizbullah" təşkilatının dörd üzvü həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Markaziya" agentliyi məlumat yayıb.
Məlumata əsasən, İsrail dronlarının hədəfi "Hizbullah" üzvlərinə məxsus avtomobillər olub. Raketlərin dəyməsi nəticəsində nəqliyyat vasitələri alışıb, içəridə olan hərbçilər aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.
Aysel Mətləb
xxx
İsrailin Livanın cənubundakı Nəbatiyə vilayətində həyata keçirdiyi çoxsaylı zərbələr nəticəsində azı dörd nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə Livanın Rəsmi İnformasiya Agentliyi (NNA) məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı pilotsuz uçuş aparatlarının (PUA) hücumları Mayfadun kəndində iki avtomobili hədəf alıb.
Şukin kəndində isə üçüncü bir avtomobil hədəfə alınıb.
Aysel Mətləb