NATO-nun 4-cü maddəsi işə düşür? - ŞƏRH

NATO-nun 4-cü maddəsi işə düşür? - ŞƏRH
11.09.2025 14:56 Təhlil

“NATO-nun 4-cü maddəsi üzrə məsləhətləşmələrin real hərbi müdaxiləyə çevrilmə ehtimalı yoxdur”.

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

O vurğulayıb ki, Rusiya dronlarının Polşanın hava məkanına keçməsi faktdır və Rusiya tərəfinin bütün inkarlarına baxmayaraq bunu danmaq mümkün deyil. Rəsmi Moskva və Kremldən gələn direktivlərlə hərəkət edən Rusiya KİV-ləri və ekspertləri yenə də ənənəvi olaraq baş verənlərə görə üzr istəmək əvəzinə məsuliyyəti çiyinlərindən ataraq həmin dronların Rusiyaya məxsus olması faktını inkar edirlər.

“Rusiyanın faktı inkar etməsi anlaşılmazdır”

Analitikin sözlərinə görə, bu dronların Rusiya-Belarus hərbi təlimləri zamanı Polşa ərazisinə keçdiyinə dair də məlumatlar var və Belarus tərəfi artıq bununla bağlı açıqlama verib. Bildirib ki, təlimlərin gedişində bir neçə pilotsuz uçuş aparatına nəzarət itirilib və bununla bağlı Polşa və Litvaya məlumat verilib. Belə olan halda isə Rusiyanın yenə də faktı inkar etməsi anlaşılmazdır.

“ABŞ tərəfindən Rusiyaya yetərli təzyiqin olmaması fonunda Rusiyanın hansısa formada yumşaldılması mümkündür. Amma artıq 3 ildən çoxdur ki, Ukrayna bataqlığında ilişib qalan, imkanları tükənmiş, texnika və silah üçün Şimali Koreya, Çin və İran kimi ölkələrə müraciət edən, Şimali Koreyadan əsgər gətirmək məcburiyyətində qalan bir ölkənin indi özünə qarşı ikinci cəbhə açması faktiki olaraq mümkünsüzdür”, - o bildirib.

“Rusiya ilə sərhəddə olan NATO dövlətlərinin müdafiəsi həmişə olduğundan daha çox vacibdir”.

Siyasi şərhçi, həmçinin diqqətə çatdırıb ki, Polşa bir NATO ölkəsidir və ikinci cəbhənin məhz NATO üzvü olan bir ölkəyə açılması da Rusiyanın NATO-nu qarşısına alması deməkdir. Lakin faktın hansısa səbəbdən baş verməsindən asılı olmayaraq, Polşa tərəfi öz narahatlığında və NATO-nun 4-cü maddəsi üzrə məsləhətləşmələr tələb etməkdə tamamilə haqlıdır. 

Onun sözlərinə görə, ayrı-ayrı NATO ölkələri artıq baş vermiş hadisənin hücum aktı olaraq qiymətləndirilməsinə qarşı olduqlarını bəyan ediblər. Amma buna baxmayaraq, Polşanın, o cümlədən Rusiya ilə sərhəddə olan NATO dövlətlərinin müdafiəsi indi həmişə olduğundan daha çox vacibdir.

"Rusiya yalnız güc dilini başa düşür”

"Məsləhətləşmələr zamanı bu ölkələr Rusiyadan ehtimal olunan təcavüzə qarşı Rusiya sərhədlərinə daha çox NATO qoşunlarının cəmləşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, uzaqmənzilli raket sistemlərinin yerləşdirilməsi kimi tədbirlər gündəmə gətirilə bilər. Eyni zamanda, Rusiya tərəfinə növbəti hərbi hərəkət zamanı sərt cavab tədbirlərinin görüləcəyi aydın şəkildə çatdırılmalıdır. Çünki hazırkı mərhələdə Rusiya yalnız güc dilini başa düşür. Bu səbəbdən, faktiki hərbi əməliyyatlar olmasa belə, həmin gücün nümayiş etdirilməsinə ehtiyac var”, - deyə R.Bayramov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Polşa Baş naziri Donald Tusk ölkənin II Dünya Müharibəsindən bu yana ən sərt təhlükə ilə üz-üzə olduğunu bildirib. Belə ki, Rusiya dronlarının Polşa hava məkanına təmasları nəticəsində gecə 19 dron keçirilmiş, bəziləri vurulmuş və qalıqları aşkar edilmişdir. Polşa rəsmi olaraq NATO-nun 4-cü maddəsi üzrə məsləhətləşmələr tələb edib.

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

NATO-nun 4-cü maddəsi işə düşür? - ŞƏRH — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 Bütün Xəbərlər