İran düyünü və Pəhləvi kartı: ABŞ hansı oyunu oynayır?

İran düyünü və Pəhləvi kartı: ABŞ hansı oyunu oynayır?
14.01.2026 15:07 Təhlil

“Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın son şahının oğlu və İran müxalifətinin lideri Rza Pəhləvi ilə gizli görüş keçirib. 


ABŞ-nin yüksək vəzifəli rəsmisi görüşün ötən həftə sonu baş tutduğunu bildirib. Portalın məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşların başlamasından bəri ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında ilk belə yüksək səviyyəli görüşdür.

"Pəhləvi rejimin süqutu halında özünü keçid lideri kimi təqdim etməyə çalışır", - “Axios” yazır.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, belə bir görüşün baş tutduğu rəsmi şəkildə təsdiqlənməsə də, İranda baş verən kütləvi etirazlar və ABŞ administrasiyasının bu proseslərə reaksiyası fonunda bu ehtimal tamamilə mümkün görünür:


“İranda dəyişikliklər istəyən ABŞ üçün kütləyə bu və ya digər formada təsir göstərə biləcək şəxslərlə görüşlər, təbii ki, maraq doğurur”.

Ekspert xatırladıb ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın Rza Pəhləvi ilə görüşünün keçiriləcəyi barədə məlumatlar yayılmışdı. Lakin Tramp faktiki olaraq bu görüşdən imtina edərək, İranda hansı liderlərin meydana çıxacağını müşahidə etmək istədiyini açıqladı:

“Bu yanaşma təbiidir, çünki ABŞ-nin əsas məqsədi strateji müşahidə aparmaq və mümkün keçid lideri ssenarilərini qiymətləndirməkdir”.

R.Bayramovun sözlərinə görə, Rza Pəhləvi siması ABŞ üçün potensial “keçid lideri” kimi maraqlı olsa da, İran daxilindəki etnik və sosial reallıqları nəzərə almadan belə bir dəstək ciddi risklər yarada bilər:

“Ölkədə yaşayan 40 milyona yaxın Azərbaycan türkü, eləcə də kürdlər, ərəblər və bəlluclar mövcuddur. ABŞ yaxşı bilir ki, Rza Pəhləvinin açıq şəkildə dəstəklənməsi etirazçıların böyük bir hissəsini rejim əleyhinə aksiyalardan çəkindirə bilər. Cənubdakı soydaşlarımız Pəhləvilər dövründə Azərbaycan türklərinə qarşı edilmiş haqsızlıqları, təqib və təzyiqləri unutmayıblar”.

Politoloq qeyd edib ki, əgər belə bir görüş baş tutubsa, onun rəsmi şəkildə açıqlanmaması da məhz bu həssas məqamlarla bağlıdır:

“Bununla belə, görüşün keçirilməsi ehtimalı mövcuddur. Ağ Ev administrasiyası hazırda müxtəlif ssenariləri izləyir, potensial liderlərin legitimliyini və etirazların dinamikasını qiymətləndirir”.

Ekspertin fikrincə, gizli görüş ehtimalı ilə Trampın son açıqlamaları bir-biri ilə uzlaşır:


“ABŞ bir tərəfdən müdaxilə edəcəyinə dair bəyanatlar verərək etirazçıları ruhlandırır, digər tərəfdən isə potensial liderlərin imkanlarını ölçür. Bu yanaşma İran rejiminə psixoloji və diplomatik təzyiq yaradır, ABŞ-yə isə siyasi ssenariləri sınaqdan keçirmək imkanı verir”.

R.Bayramov vurğulayıb ki, ABŞ-nin strateji yanaşması yalnız sanksiyalar və iqtisadi təzyiqlərlə məhdudlaşmır, eyni zamanda regional və etnik balansın diqqətlə hesablanmasına əsaslanır:

“Bu baxımdan, Pəhləvi ilə görüş ehtimalı və bu görüşün verdiyi mesaj daha çox strateji müşahidə və planlaşdırma xarakteri daşıyır”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 All News