Qazaxıstan “İbrahim Sazişi”nə qoşulur: İran üçün yeni təhdid?

Qazaxıstan “İbrahim Sazişi”nə qoşulur: İran üçün yeni təhdid?
07.11.2025 18:08 Təhlil

Qazaxıstan İsraillə diplomatik münasibətlərin genişləndirilməsini nəzərdə tutan “İbrahim Sazişi”nə qoşulmağa hazırlaşır. Məlumat Ağ Evdə Orta Asiya liderlərinin iştirakı ilə keçirilən görüş zamanı açıqlanıb. ABŞ prezidenti Donald Tramp, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqların “çox yaxşı keçdiyini” bildirib. Qazaxıstan bu sazişə 2020-ci ildən sonra qoşulan ilk Asiya ölkəsi olacaq.

Bəs Qazaxıstanın bu addımı onun İran və ərəb ölkələri ilə münasibətlərinə, eləcə də regional münasibətlərə necə təsir göstərəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elmir Səftərov bildirib ki, bu addım Qazaxıstanın balanslı xarici siyasətinin tərkib hissəsidir:


"Qazaxıstanın “İbrahim sazişi”nə qoşulmaq niyyətini təsadüf kimi dəyərləndirmək olmaz. Bu qərarın arxasında həm Amerika Birləşmiş Ştatlarına yaxınlaşma, müttəfiqlik, həm də siyasi, iqtisadi və strateji məqsədlər dayanır. Mərkəzi Asiya dövləti kimi çoxvektorlu siyasət yürüdən Qazaxıstan fərqli mövqelərdə olan güclərlə əlaqələrə üstünlük verir. Bu baxımdan, Rusiya, Çin və ABŞ-lə balanslı münasibətləri qorumaqda maraqlıdır. Sazişə qoşulmaq da bu siyasətin tərkib hissəsi kimi görünür". 


Ekspertin sözlərinə görə, qərar Qazaxıstanın ərəb ölkələri ilə əlaqələrini və investisiya imkanlarını artıracaq:

““İbrahim sazişi”nə bəzi Körfəz ölkələrinin qoşulduğunu nəzərə alsaq, Qazaxıstanın bu addımı həmin ərəb dövlətləri ilə əlaqələri daha da gücləndirə bilər. Bu proses həmçinin Qazaxıstan üçün investisiya imkanları baxımından yeni perspektivlər aça bilər”.

E. Səftərovun qənaətincə, proses İranı strateji baxımdan narahat edir: 

"İrana gəldikdə isə, beynəlxalq siyasətini ABŞ və İsraillə mübarizə üzərində quran Tehran bu qərarı, təbii ki, birmənalı qarşılamayacaq. Çünki bu, İran üçün strateji baxımdan narahatedicidir. Mərkəzi Asiyadan ilk dövlətin sazişə qoşulması Tehranda ciddi narahatlıq yaradıb. İran–İsrail qarşıdurması fonunda İsrailin Mərkəzi Asiyada kəşfiyyat məlumatlarına çıxış imkanının artması Tehran tərəfindən ciddi təhdid kimi qiymətləndirilir".


Politoloq son olaraq əlavə edib ki, bu addım həm İsrailin Mərkəzi Asiyaya rəsmi girişini, həm də ABŞ-nin regiondakı təsir dairəsinin genişlənməsini ifadə edən proses kimi dəyərləndirilə bilər. Bundan əlavə, İran düşünür ki, Qazaxıstan–İsrail yaxınlaşması onu regional müstəvidə təcrid vəziyyətinə sala bilər.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər