Ermənistanın daxili auditoriyaya MESAJI: “2025-ci ilin sentyabrında…”

Ermənistanın daxili auditoriyaya MESAJI: “2025-ci ilin sentyabrında…”
18.09.2025 12:32 Təhlil

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib. 

TodayPress TV xəbər verir ki, o, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində açıqlayıb.

“Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda və ya sentyabr ayında imzalayacaq”, - Rubinyan deyib.


Bundan əvvəl isə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sazişin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini bildirib. O, bu addımdan sonra Ankaranın İrəvanla münasibətləri tez bir zamanda normallaşdıracağını vurğulayıb.

Bəs Bakının əsas şərti ilin sonuna qədər təmin edilə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, Rubinyanın səsləndirdiyi “sentyabr 2025” tarixli sülh müqaviləsi proqnozu, əslində, İrəvanın daxili auditoriyaya hesablanmış siyasi mesajıdır:


“Ermənistan tərəfi müxtəlif tarixlər səsləndirərək beynəlxalq ictimaiyyətdə Azərbaycanı guya “müqaviləni uzadan tərəf” kimi göstərməyə çalışır. Halbuki reallıqda Bakı dəfələrlə bəyan edib ki, sülhün açarı hazırdır, lakin bunun üçün Ermənistanın öz konstitusion maneələrini aradan qaldırması şərtdir. Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları yer alır və bu, hüquqi baxımdan müqavilə imzalanmasına imkan vermir. Ermənistan ya bunu dəyişməli, ya da manipulyativ tarix oyunlarından əl çəkməlidir”.

Ekspertin qənaətincə, Rubinyanın “sentyabr 2025” arzusu ilə Hakan Fidanın “2026-cı ilin birinci yarısı” təxminləri arasında fərq, əslində, İrəvanın qeyri-müəyyən və qeyri-ciddi siyasətini ortaya qoyur. Bakı üçün əsas olan tarix deyil, şərtlərin yerinə yetirilməsidir. Azərbaycan konkretlik tələb edir: ərazi iddialarının rəsmən ləğvi, revanşist ritorikanın dayandırılması və sərhədin tanınması. Ermənistan isə hələ də vaxt udmaq, daxili siyasətdə populizm qazanmaq və xarici havadarlarına “müqavilə üçün çalışırıq” görüntüsü vermək niyyətindədir. Bu isə real sülh prosesini uzadır. 


T.İsmayılov, həmçinin əlavə edib ki, Ermənistanın öz konstitusiyasına toxunmadan sülh imzalaması yalnız kağız üzərində saziş ola bilər:

“Bu saziş isə bir müddət sonra yenidən pozulacaq, çünki hüquqi ziddiyyət qalacaq. Azərbaycan üçün belə formal sənəd qəbuledilməzdir. Ona görə də Bakı prinsipialdır: Ermənistan manipulyasiya etməməli, hüquqi əsasları tam dəyişməlidir. Əks halda, 2025, 2026 və ya başqa bir tarix simvolik rəqəmlər olaraq qalacaq. Ermənistanın səmimiyyəti imzalanacaq müqavilənin tarixi ilə deyil, konstitusion islahatlarla ölçüləcək. Azərbaycan tərəfi güclü və ardıcıl siyasəti ilə artıq göstərib ki, heç bir boş vədlərə aldanmayacaq. Sülhün real yolu manipulyasiya deyil, dürüst və açıq addımlardan keçir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Bütün Xəbərlər