Ermənistanın bu kəndləri xəritədən silinir - Əhali sürətlə əraziləri boşaldır

Ermənistanın bu kəndləri xəritədən silinir - Əhali sürətlə əraziləri boşaldır
03.07.2026 16:19 Təhlil

Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş, Sünik, Geğarkunik və Vayots Dzor bölgələrindəki kəndlərdə hökm sürən demoqrafik böhran Ermənistan Dövlət Statistika Komitəsinin (Armstat) son rəsmi hesabatlarında və beynəlxalq təşkilatların araşdırmalarında konkret rəqəmlərlə öz təsdiqini tapır. 


Ölkədə kağız üzərindəki daimi əhali sayı 2 milyon 932 min nəfər qeyd edilsə də, faktiki olaraq ölkədə yaşayan real əhalinin sayı bundan təxminən 243 min nəfər azdır, yəni cəmi 2 milyon 689 min nəfər təşkil edir. Bu böyük fərq birbaşa olaraq xaricə yönələn uzunmüddətli əmək miqrasiyası ilə bağlıdır və kağız üzərində var görüb reallıqda boş qalan bu rəqəmlər özünü ən kəskin və dramatik şəkildə məhz sərhədyanı kəndlərdə büruzə verir. 

Rəsmi statistikaya görə, ümumi ölkə əhalisinin cəmi 35.9%-i kəndlərdə qeydiyyatdadır, lakin daxili miqrasiya araşdırmaları göstərir ki, işsizlik, təhlükəsizlik qayğıları və infrastruktur problemləri səbəbindən sərhəd kəndlərini tərk edən gənclərin 38.5%-i bir daha geri qayıtmır.

Gənc nəslin kütləvi şəkildə paytaxt İrəvana və ya ölkə xaricinə köçməsi sərhəd kəndlərində yaş strukturunun tamamilə pozulmasına və kütləvi qocalmaya səbəb olub. Ölkə üzrə orta yaş həddi artıq 39.5-ə yüksəlib və kənd yerlərində bu göstərici daha da yuxarıdır. 

Təbii artım mexanizmindəki böhran kənd məktəblərini birbaşa vurdur; hazırda Ermənistanda fertillik əmsalı hər qadına 1.7 uşaq səviyyəsindədir, halbuki əhalinin sayının azalmadan sabit qalması üçün bu göstərici minimum 2.1 olmalıdır. Doğum səviyyəsinin azlığı ucbatından sərhəd məntəqələrində şagird çatışmazlığı yaranır, siniflər birləşdirilir və ya məktəblər tamamilə qapanmaq məcburiyyətində qalır. İqtisadi fəal əhaliyə düşən sosial yük də rəqəmlərdə aydın görünür; ölkədə hər 1000 nəfər işgüzar sakinə düşən qeyri-fəal əhalinin sayı 681 nəfərdir və sərhəd kəndlərində bu yükün böyük hissəsini azyaşlılar yox, məhz 63 yaşdan yuxarı təqaüdçülər təşkil edir. Ölkə üzrə qocaların payı (20.6%), azyaşlıların payını (19.9%) qabaqlayır və bu fərq gənclərin tam tərk etdiyi, yalnız bir neçə yaşlı sakinin qaldığı sərhəd kəndlərində ifrat həddə çatıb.

Sərhəd xəttinə yaxınlıq, aptek, bankomat, tibb məntəqəsi kimi elementar sosial infrastrukturun olmaması və sərhədlərin dəqiqləşdirilməsi prosesindən sonra yerli camaatın əsas dolanışıq mənbəyi olan ənənəvi otlaq və əkin sahələrinə çıxışın məhdudlaşması bu kəndlərin iqtisadiyyatını da birbaşa iflic edib. 

BMT-nin Əhali Fondunun və "Our World in Data" analitik mərkəzinin uzunmüddətli demoqrafik proqnozlarında qeyd olunur ki, bu gedişatla Ermənistan əhalisi əsrin sonuna qədər təbii azalma və miqrasiya səbəbindən demək olar ki yarıbayarı azalaraq 1 milyon 692 min nəfərə düşəcək. Bu kəskin azalma fonunda, yaşlı nəslin də dünyasını dəyişməsindən sonra yaxın onilliklərdə onlarla kiçik sərhəd kəndində insan yaşayışının tamamilə dayanacağı, nəticədə bu yerlərin rəsmi inzibati statusunu itirərək yaşayış məntəqəsi kimi xəritələrdən tamamilə silinəcəyi qaçılmaz bir statistik nəticə olaraq qiymətləndirilir. 

Jalə Rövşən

PHOTOS

Ermənistanın bu kəndləri xəritədən silinir - Əhali sürətlə əraziləri boşaldır — 1
NEWS FEED
03 JULY 2026
Pezeşkian Xamenei ilə vidalaşarkən ağladı - VİDEO 18:33 Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF 18:23 Xaricdə yaşayan ermənilər üçün PİS XƏBƏR 18:15 Tuskdan Zelenskiyə: “Gərginliyi sən yaratdın” 18:07 Azərbaycan insanı ən çox hansı səbəbdən ölür? 17:42 Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 17:29 Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... 17:18 Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək? 16:59 Yastıq altında yatan milyardlar: Azərbaycan əhalisinin evdə nə qədər nağd pulu var? 16:50 Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu 16:41 Xameneinin övladları niyə dəfn mərasimində görünmədi? 16:20 Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər? 16:24 Ermənistanın bu kəndləri xəritədən silinir - Əhali sürətlə əraziləri boşaldır 16:19 Masallıda ağır yol qəzası: İki nəfər öldü - VİDEO 16:09 DÇ-2026: 1/16 final mərhələsinin son oyunları keçiriləcək 16:05 Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 15:38 Azərbaycan nümayəndə heyəti vida mərasimində - VİDEO 15:26 Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu" 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - GÖRÜNTÜLƏR 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir? 14:29 Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya NATO-ya qarşı ilk qarmağı atmağı planlaşdırır 14:25 All News