Bu qədər savaş, itki və ... — İran niyə həll yolunu ancaq gücdə görür? — AÇIQLAMA

Bu qədər savaş, itki və ... —  İran niyə həll yolunu ancaq gücdə görür? — AÇIQLAMA
21.07.2026 15:40 Təhlil

Son dövrlər Yaxın Şərqdə cərəyan edən hərbi-siyasi proseslər göstərir ki, diplomatik kanallar və beynəlxalq danışıqlar getdikcə öz effektini itirir. Masa arxasında razılığa gəlməyin çətinləşdiyi ortamda rəsmi Tehranın əsas vurğunu hərbi ritorikaya, balistik raket proqramına və çəkindirici addımlara etməsi diqqətdən yayınmır. İran rəhbərliyinin bəyanatları və praktiki gedişləri onu göstərir ki, ölkə rəhbərliyi güzəştə getməyi zəiflik, hərbi güc nümayişini isə öz təhlükəsizliyinin yeganə zəmanəti kimi qiymətləndirir. Bu isə istər-istəməz regional gərginliyi daha da dərinləşdirir.

Mövcud mənzərə bir çox suallar doğurur: Cərəyan edən proseslərə əsasən, İran niyə düşünür ki, həll yolu ancaq gücdədir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadənin sözlərinə görə, İranın hazırda nümayiş etdirdiyi davranış onu göstərir ki, Tehran regional və beynəlxalq münasibətlər sistemində təhlükəsizliyini təmin etməyin əsas vasitəsi kimi getdikcə daha çox hərbi çəkindirmə siyasətinə üstünlük verir:


“Bunun səbəbi isə zənnimcə, heç də ideoloji yanaşma ilə bağlı deyil. Səbəb Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi reallıqlardır. İran hesab edir ki, beynəlxalq münasibətlərdə hüquqi mexanizmlər və diplomatik təminatlar yalnız onların arxasında real güc dayandığı halda işlək olur. Məhz buna görə də Tehran son illərdə öz təhlükəsizlik strategiyasını güc vasitəsilə çəkindirmə konsepsiyası üzərində formalaşdırmağa çalışıb. Bu yanaşmanın kökündə İranın son onilliklərdə yaşadığı təcrübə dayanır. İslam İnqilabından sonra davam edən sanksiyalar, diplomatik təzyiqlər, nüvə proqramı ətrafında yaranan böhranlar və regionda artan hərbi qarşıdurmalar Tehranda belə qənaət formalaşdırıb ki, güzəştlər hər zaman təhlükəsizlik təminatı yaratmır. Əksinə, İran siyasi elitasında belə düşüncə mövcuddur ki, zəif görünən aktor daha çox təzyiqə məruz qalır, hərbi imkanlarını qoruyan və cavab vermək potensialını nümayiş etdirən dövlət isə daha ciddi qəbul edilir”.

Ekspertin fikrincə, digər mühüm amil regional güc balansıdır:

“Yaxın Şərq hazırda müxtəlif dövlətlərin və qlobal aktorların maraqlarının toqquşduğu mürəkkəb təhlükəsizlik məkanına çevrilib. Belə şəraitdə İran hesab edir ki, təkcə diplomatik bəyanatlar kifayət deyil. Eyni zamanda raket proqramı, pilotsuz uçuş aparatları, hərbi sənaye və asimmetrik imkanlar vasitəsilə strateji çəkindirmə də yaratmaq zəruridir. Tehran üçün bu potensial mümkün hərbi müdaxilələrin və ya xarici təzyiqlərin qiymətini artıran əsas vasitə kimi qiymətləndirilir. Son eskalasiya fonunda İranın hərbi ritorikanı qoruması və çəkindirmə qabiliyyətini ön plana çıxarması da bu məntiq çərçivəsində izah oluna bilər. Amma bütün bunlara baxmayaraq İran onu da bilməmiş deyil ki, diplamatiyadan tamam imtina ölkənin gələcəyi baxımından olduqca risklidir. Ona görə də İran rəsmilərinin nə deməsindən aıslı olmayaraq, üçüncü ölkələr vasitəsilə də olsa təmaslar davam edir. Odur ki, İranı diplomatiyadan tamamilə imtina etmiş aktor kimi də xarakterizə etmək düzgün olmazdı. Sadəcə İran rəhbərliyində formalaşan yanaşmaya görə, diplomatiyanın effektivliyi yalnız qarşı tərəfin hərbi və siyasi çəkindirmə potensialını nəzərə aldığı şəraitdə mümkündür. Başqa sözlə, Tehran üçün diplomatiya və güc bir-birini tamamlayan alətlər hesab olunur, amma İran bir şeyi unudur ki, təhlükəsizlik siyasətində hərbi gücə və çəkindirmə konsepsiyasına üstünlük yalnız qısa müddətli dövr üçün taktiki üstünlüklər qazandıra bilər. Yəni başqa sözlə yalnız sərt gücə söykənən təhlükəsizlik modeli müəyyən müddət ərzində xarici təzyiqləri balanslaşdıra bilsə də, iqtisadi, siyasi və diplomatik resurslarla tamamlanmadıqda davamlı nəticə verə bilməz”.

Analitik İranın əlindəki bu resursların məhdud olduğunu bildirib:

“İranın beynəlxalq iqtisadi əlaqələri,  maliyyə bazarlarına çıxışı məhdudlaşır, manevr imkanları daralır və s. Odur ki, İran öz təhlükəsizlik strategiyasını yalnız hərbi çəkindirmə üzərində qurmağa davam edərsə, bu, qısamüddətli müdafiə üstünlüyü yaratsa da, uzunmüddətli perspektivdə ölkəni daha dərin geosiyasi təcrid, iqtisadi məhdudiyyətlər və regional gərginliklə müşayiət olunan mürəkkəb təhlükəsizlik mühitinə apara bilər”.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Bu qədər savaş, itki və ... —  İran niyə həll yolunu ancaq gücdə görür? — AÇIQLAMA — 1
XƏBƏR LENTİ
21 IYUL 2026
İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Erməni güləşçilər Azərbaycana gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 Azərbaycan və Almaniya dövlət qurumları arasında müntəzəm məsləhətləşmələrin aparılması razılaşdırılıb 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 İlham Əliyev: Almaniya ilə imzalanmış sənədlərin ən qısa zamanda icrası üçün işçi qrupları yaradılacaq 17:33 Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq 17:31 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı 17:26 İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir 17:27 Sabah çimərlikdə hava necə olacaq? 17:13 İranda qadınlara motosiklet sürməyə icazə verildi 17:03 Gədəbəy Almaniyanı Azərbaycanla necə birləşdirir? 16:48 Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı - YENİLƏNDİ 15:49 Ermənipərəst Fransa kontekstində dost Almaniya necə görünür? 16:42 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Bütün Xəbərlər