SEPAH liderləri öldü - xalq niyə ayağa qalxmır? Analitiklər cavab axtarır...

SEPAH liderləri öldü - xalq niyə ayağa qalxmır? Analitiklər cavab axtarır...
08.05.2026 13:21 Təhlil

Son aylarda SEPAH (İranın İslam İnqilabı Keşikçiləri Korpusu) və rejimin yüksək rütbəli komandirlərinin, o cümlədən kəşfiyyat rəhbərlərinin, hərbi-dəniz qüvvələri və aerokosmik qüvvələrin komandanlarının  ardıcıl şəkildə hədəfə alınaraq öldürülməsi sistem üçün ciddi zərbə idi.

Hətta ali rəhbərlik səviyyəsində itkilərdən belə danışılır. Buna baxmayaraq, küçələrdə genişmiqyaslı xalq üsyanı müşahidə olunmur. Bu sual həm ictimaiyyəti, həm də siyasi analitikləri düşündürür: Niyə?

Cavab sadəcə “xalq qorxur” və ya “dəstək yoxdur” kimi sadə izahlarla məhdudlaşmır. Rejim illərdir belə ssenarilərə hazırlaşır və təhlükəsizlik strategiyasını mərhələli şəkildə dəyişib. Ənənəvi repressiya mexanizmləri - polis, Bəsic və SEPAH -  artıq təkbaşına kifayət etmir. Hakimiyyət xalqın narazılığını və nifrətini çoxdan qəbul edib, buna görə də özünü cəmiyyətdən qorumaq üçün xarici muzdlu və ideoloji bağlı qüvvələrdən istifadə modelinə keçib.

"Hizbullah", Həşd əş-Şəbi, Fatemiyyun, Zeynəbiyyun və digər proksi qrupların minlərlə üzvünün İranın müxtəlif şəhərlərində, xüsusilə Tehran ətrafında strateji nöqtələrdə yerləşdirildiyi iddia olunur. Bu qüvvələr İran vətəndaşı deyillər. Onlar rejimin ideologiyasına bağlıdılar, lakin Tehran küçəsində etiraz edən bir gəncə qarşı güc tətbiq etmək onlar üçün “öz xalqına qarşı çıxmaq” deyil, sadəcə əmri yerinə yetirməkdir.  Onların mənəvi bağı yoxdur və  rejim üçün bu, ən etibarlı təhlükəsizlik mexanizmlərindən birinə çevrilib. Yerli qüvvələr bəzən tərəddüd edə bilər, amma xarici ideoloji milislərdə bu ehtimal daha aşağıdır.

SEPAH rəhbərliyinə endirilən zərbələr sistemin “beyin mərkəzinə” təsir edir: qərarvermə prosesi ləngiyir, koordinasiya zəifləyir, psixoloji sarsıntı yaranır. Lakin küçə səviyyəsində güc balansı dərhal dəyişmir. Silahlı patrullar, snayper mövqeləri, blokpostlar və repressiya infrastrukturu hələ də fəaliyyət göstərir. Silahsız, təşkilatsız və logistika baxımından zəif olan əhaliyə qarşı belə bir güc balansında açıq üsyan çox zaman inqilabdan çox, qırğın riski yaradır.

İran cəmiyyəti illər ərzində sistemli şəkildə silahsızlaşdırılıb. Silahlanma əsasən yalnız rejimə sadiq strukturların əlində cəmlənib. Digər tərəfdən, müasir üsyanların uğur qazanması üçün vacib olan amillər — ordu daxilində parçalanma, xarici siyasi və ya hərbi dəstək, koordinasiyalı müqavimət strukturları  hələ tam formalaşmayıb.

Keçmiş etiraz dalğaları, xüsusilə 2022-ci il İran etirazları zamanı baş verən ağır itkilər cəmiyyətin  yaddaşında qalıb. Minlərlə insan həyatını itirib, on minlərlə şəxs yaralanıb və ya həbs olunub. Xalq bu qiyamətin nə qədər ağır olduğunu yaxşı bilir.

Rejim də bunu anlayır. Onun hazırkı strategiyası yüksək səviyyəli itkilərə baxmayaraq, aşağı səviyyəli təhlükəsizlik aparatını,  xüsusilə xarici və ideoloji bağlı qüvvələri — güclü saxlamaqdır. Bu, klassik “daxili işğal modeli"dir: hakimiyyətin öz vətəndaşlarından qorunmaq üçün kənar qüvvələrə arxalanması.

Bəs xalq buna niyə susur?

Onlar həqiqətən də qorxurlar? Yox, bu qorxaqlıq deyil, onlar reallığı dərk edirlər.  İnsanlar anlayırlar ki, plansız və hazırlıqsız şəkildə küçəyə çıxmaq çox böyük insan itkisinə səbəb ola bilər. Buna görə də bir çoxları daxildəki zəifləməni, iqtisadi böhranı, hakimiyyət daxilindəki parçalanmanı və beynəlxalq təzyiqlərin artmasını gözləməyi daha rasional hesab edir.

Hazırkı mərhələdə SEPAH rəhbərliyinə endirilən zərbələr sistemin zəiflədiyini göstərir, amma bu, hələ hakimiyyətin çökməsi üçün kifayət etmir. Bu situasiyada İran cəmiyyətinin  susqunluğu  uyğun tarixi məqamı gözləmək strategiyası da ola bilər. Necə deyərlər, firtınadan əvvəlki susqunluq...

Rejim hələ güclü görünə bilər, lakin onun dayaqlarında çatlar artıq görünür. Xarici milislərə arxalanmaq qısa müddətdə effektiv görünsə də,  uzunmüddətli sabitlik üçün davamlı model deyil. Şərtlər dəyişəndə bu strukturun özü də sürətlə dağılma riski ilə üzləşəcək.

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Bütün Xəbərlər