Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər
Rusiya Belarus və Ukrayna sərhədləri yaxınlığında uzaqmənzilli zərbə dronlarının buraxılması üçün yeni hərbi baza şəbəkəsi yaradır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Peyk görüntülərinin təhlili nəticəsində Rusiyada yeni buraxılış meydançaları ilə təchiz olunmuş 10 hərbi baza və ən azı 59 buraxılış qurğusu müəyyən edilib.
Məlumata görə, həmin qurğuların təxminən 20-si Rusiyanın ən yeni uzaqmənzilli dronlarını havaya qaldırmaq imkanına malikdir.
Nəşr bildirir ki, bəzi yeni “Geran” dronları 1 000 kilometrədək məsafə qət edə bilər. Bu isə onların NATO ölkələrinin ərazisindəki hədəflərə çatması ilə bağlı narahatlıqları artırır.
Bununla belə, Rusiyanın hazırda NATO ölkələrinə hücum planlaşdırdığına dair konkret sübutların olmadığı qeyd edilir.
Kübra Musayeva