Macarıstanın ehtiyatlı siyasəti: Orban niyə Brüsselin xəttinə qarşı çıxır?

Macarıstanın ehtiyatlı siyasəti: Orban niyə Brüsselin xəttinə qarşı çıxır?
16.10.2025 16:10 Təhlil

Macarıstanın Baş naziri Viktor Orban “Mandiner” jurnalına müsahibəsində bildirib ki, Avropa Komissiyasının Rusiyanın Qərbdəki dondurulmuş maliyyə aktivlərinin müsadirə edilməsi təklifini Macarıstan dəstəkləməyəcək. 

Baş nazirin sözlərinə görə, Moskvanın mümkün cavab tədbirləri macar şirkətlərinin maraqlarını təhdid edə bilər.

“Macarıstan şirkətləri Rusiyadan cavab tədbirləri ilə üzləşsə, mən bu təşəbbüsü dəstəkləməyəcəyəm, çünki bu, ölkəmizə ciddi itkilər gətirər”, - Orban deyib.

Mövzunu TodayPress TV-yə şərh edən politoloq Elşad Paşasoy bildirib ki, Orbanın mövqeyi Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən etibarən Avropa İttifaqının digər üzvlərindən fərqlənir və baş nazirin arqumentləri arasında Macarıstanın iqtisadi və enerji maraqları önəmli rol oynayır:

"Macarıstan Rusiyanın əsas neft və qaz alıcısıdır. Təkcə 2025-ci ildə Rusiya Macarıstana 6 milyard kubmetr qaz tədarük edib və ilin sonuna qədər bu həddin artacağı gözlənilir”. 

Politoloqun sözlərinə görə, bu amil qış mövsümünə yaxın Macarıstanı Rusiyaya qarşı sərt addımlardan çəkindirir. Xüsusilə də Rusiya aktivlərinin dondurulması və onların mərhələli qaydada Ukraynaya verilməsi məsələsində Macarıstan veto hüququndan istifadə edir. Alternativ enerji mənbələrinin axtarışı isə ölkə üçün əlavə problemlər yaradır.

Ekspert onu da qeyd edib ki, Orbanın Rusiya-Ukrayna münaqişəsinə fərqli baxışı var:

"Orban dəfələrlə bildirib ki, Rusiya-Ukrayna müharibəsi hərbi yolla həll olunmayacaq. Rusiyanın münaqişənin dördüncü ilində Ukrayna ərazilərinin təxminən 19%-nə nəzarət etməsi, Avropa İttifaqının isə yetərincə dəstək verməməsi Orbanın ehtiyatlı mövqeyini əsaslandırır.

Eyni zamanda Finlandiyada bunkerlərin inşası, Polşada səngərlərdə hərbi hazırlığın davam etməsi və Almaniyada hazırlıqların aparılması, həmsərhəd ölkələrin öz taleyini düşünməsi göstərir ki, Rusiyanın qonşulara müdaxilə ehtimalı yüksəkdir. Avropa ölkələrinin hava sərhədlərinin Rusiya PUA-ları tərəfindən pozulması da təhlükənin reallığını artırır".

Analitik Macarıstanın Rusiyaya qarşı təmkinli mövqeyinə diqqət çəkib:

"Orban realist və ehtiyatlı siyasət yürüdür. O, Rusiyadan qaz və neft asılılığını, rus şirkətlərinin ölkədəki fəaliyyətini və potensial iqtisadi çətinlikləri nəzərə alır".

E.Paşasoy vurğulayıb ki, Orban Avropa İttifaqı dövlətlərinə demək olar ki, güvənmir:

"Macar lider Avropadakı digər liderləri yaxşı tanıyır və onlara etibar etmir, çünki Ukraynadakı dəhşətlərin məsuliyyətini əsasən bu liderlərin üzərinə düşür. Bu onların Ukraynaya verdikləri vədlərin arxasında tam dayanmamasından irəli gəlir".

O, son olaraq onu da əlavə edib ki, cənab Orban, həmçinin müstəqil siyasət yürüdür, xalqının rifahını düşünür və bunu Türk dövlətləri ilə əməkdaşlıqla da nümayiş etdirir".

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Macarıstanın ehtiyatlı siyasəti: Orban niyə Brüsselin xəttinə qarşı çıxır? — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 Bütün Xəbərlər