Ermənistanda keçiriləcək paradın silahları İFŞA EDİLDİ - Paşinyan pis vəziyyətdə qaldı

Ermənistanda keçiriləcək paradın silahları İFŞA EDİLDİ - Paşinyan pis vəziyyətdə qaldı
25.05.2026 21:16 Təhlil

“Ermənistanın əldə etdiyi Çin PUA-ları regional güc balansına təsir etməyəcək”.

Hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında Ermənistanın 28 mayda keçiriləcək hərbi paradı çərçivəsində nümayiş etdirilən Çin istehsalı olan "CH-4 Rainbow" pilotsuz uçuş aparatlarının (PUA) texniki imkanları və potensial təsirləri barədə danışıb.


O bildirib ki, Ermənistanın paytaxtında keçiriləcək hərbi parada hazırlıq məşqləri artıq başlayıb. Ekspertin sözlərinə görə, Müdafiə Nazirliyi hazırlıq prosesinin çəkilişlərini qadağan etməsi və buna görə cərimələrlə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yayılan görüntülərdə Fransanın "CAESAR" özüyeriyən artilleriya qurğuları və Çin istehsalı olan zərbə tipli "CH-4 Rainbow" PUA-ları müşahidə olunub.

Ə. Verdiyev qeyd edib ki, Ermənistanın əldə etdiyi PUA-ların dəqiq sayı məlum deyil, lakin təxminən 3 ədəd olması mümkündür. O bildirib ki, Gümrü aviabazasında yerləşdirilən "CH-4"lərin alınması ilə bağlı Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib və bunu erməni xalqına seçkiqabağı “sürpriz” kimi təqdim etmək istəyib:

“Amma alınmadı. Suren Papikyanın növbəti teatral şousu baş tutmadı”.

Onun sözlərinə görə, "CH-4" Çin dövlət korporasiyası "CASC" tərəfindən 2014-cü ildən istehsal olunan hücum və kəşfiyyat PUA-larından biridir və dizayn baxımından ABŞ-nin "MQ-9 Reaper" PUA-sının plagiat versiyası hesab olunur.


Aparatın iki versiyası mövcuddur:

“CH-4A" versiyası əsasən hava kəşfiyyatı, müşahidə və hədəf göstərilməsi, "CH-4B" versiyası isə havadan yerə zərbələr üçün nəzərdə tutulub. Ermənistan tərəfindən bir kəşfiyyat və iki zərbə versiyasının alınması ehtimalı yüksəkdir.

Ekspert PUA-nın əsas taktiki-texniki xüsusiyyətlərini izah edib:

• 30 saata qədər havada qala bilir ( yüklü vəziyyətdə bu müddətdə 14 saata qədər azalır);

• 7-8 kilometr hündürlükdə 180 km/ saat sürətlə uça bilir;

• peyk vasitəsilə məsafədən idarə olunur;

• gecə görmə və termal müşahidə sistemlərinə malikdir.

Ədalət Verdiyev bildirib ki, "CH-4B" aparatı "AR-1" tank əleyhinə raketlər, lazerlə idarə olunan "FT-5" bombaları və ağıllı sursatlarla silahlana bilir. Onun sözlərinə görə, aparat cəbhə xəttindən uzaq məsafələrdə müşahidə aparmağa, artilleriya atəşini tənzimləməyə, texnika və şəxsi heyətə zərbələr endirməyə imkan verir.

Bununla belə, ekspert qeyd edib ki, "CH-4" son illərdə Yaxın Şərq və Afrika bölgələrində aşağı intensivlikli münaqişələrdə istifadə olunsa da, döyüş əməliyyatlarının gedişatına ciddi təsir göstərən xüsusi nailiyyətlə yadda qalmayıb. Bu aparatların əsas çatışmazlıqları aşağı sürət, az faydalı yük və radarlara yüksək görünmə əmsalı ilə bağlıdır.

“Ermənistan Vətən Müharibəsi və sonrakı əməliyyatlar zamanı Azərbaycana qarşı bənzər PUA-lardan istifadə etsə də, döyüş əməliyyatları zonasında bir dəfə də olsun təşəbbüsü ələ keçirə bilməmişdi. Buna görə də əldə edilən məhdud sayda Çin PUA-ları və Fransa silahları heç bir halda regional güc balansına təsir etməyəcək”, - deyə hərbi ekspert fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 All News