Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücü saxlanılıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, “Khazar” markalı, 77-GQ-602 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Eltun Həşimovun sənədləri yoxlanılarkən onun davranışları şübhə doğurub. Bu səbəbdən sürücü tibbi müayinəyə cəlb edilib.
Müayinə zamanı Eltun Həşimovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.
Faktla bağlı sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Eltun Həşimovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.
Xanım Musayeva