Maskdan sərt çağırış: “Qoca qitə” strateji yol ayrıcındadır…

Maskdan sərt çağırış: “Qoca qitə” strateji yol ayrıcındadır…
10.12.2025 18:44 Təhlil

Amerikalı iş adamı və milyarder İlon Mask hesab edir ki, Avropa Komissiyası ləğv olunmalı və seçkili orqanla əvəz olunmalıdır.

"Avropa Komissiyası seçkili orqanın xeyrinə ləğv edilməli və Aİ prezidenti birbaşa seçilməlidir. Hazırkı sistem demokratik deyil, bürokratikdir", - Mask deyib. 

Bəs, Avropa komissiyası ləğv oluna bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Tramp Avropanı asılı tərəf kimi görür: 


"ABŞ Prezidenti Donald Tramp administrasiyasının və bu administrasiyaya yaxın çevrələrin Avropaya tənqidi yanaşması artıq açıq şəkildə görünür. Hətta hesab olunur ki, Avropa Trampın yeni Milli Təhlükəsizlik Strategiyasını imzalaması ilə aldığı ciddi zərbədən sonra asanlıqla özünə gələ bilməyəcək. Sözügedən sənəddə ABŞ-nin Avropaya qarşı düşmənçi mövqeyinin açıq şəkildə ifadə olunması bu münasibətin artıq rəsmi milli səviyyədə təsbit edildiyini göstərir. İttifaq üçün vəziyyət fəlakətə yaxındır və əsas məsuliyyət də elə Avropa İttifaqının öz üzərinə düşür. ABŞ-nin  nüfuzlu nəşrləri yazır ki, Avropa “qısa şalvar sindromu”ndan əziyyət çəkir. Yəni İttifaq yetkin, püxtələşmiş siyasi qurum deyil və tarix boyu ABŞ-dən asılı vəziyyətdə formalaşıb. Elə buna görə də Tramp dəfələrlə Avropa müttəfiqlərini “parazit” – yəni başqasının hesabına dolanan tərəf kimi xarakterizə edib. Belə bir düşüncə mövcuddur ki, avropalılar ABŞ-nin  himayəsinə o qədər öyrəşiblər ki, müstəqil hərəkət etməyi bacarmırlar".

Onun sözlərinə görə, hələlik Avropa ilə ABŞ arasında tam ayrılıq baş verməyib. Çünki belə bir proses baş verərsə, Avropanın öz təhlükəsizliyini tam təmin edə bilməsi üçün onilliklərə ehtiyac yaranacaq. İttifaq ölkələri hazırda müdafiəyə kifayət qədər sərmayə qoymur. Məhz bu səbəbdən Tramp hesab edir ki, Aİ əsasən Vaşinqtonla münasibət qurmaq üçün formalaşdırılmış strukturdur.


Analitik qeyd edib ki, Avropa ya ABŞ-dən asılı qalacaq, ya da müstəqil olacaq:

"ABŞ-də geniş yayılmış yanaşmaya görə, “qoca qitə” hazırda strateji yol ayrıcındadır: ya ABŞ-dən asılılığı davam etdirəcək, ya da vəziyyəti qəbul edib silahlanmanı artıraraq real müstəqilliyə doğru addımlayacaq. Vaşinqton açıq şəkildə bildirir ki, Aİ-nin təhlükəsizliyinə zəmanət vermək niyyətində deyil".

Politoloq vurğulayıb ki, Aİ azadlıqları boğmaqda və ikili standartlarda ittiham olunur:

"Yeni strategiyada Aİ “siyasi azadlıqları boğmaqda” da ittiham olunur və bəzi NATO üzvlərinin tezliklə “qeyri-Avropa çoxluğuna” çevrilə biləcəyi ehtimalına işarə edilir. Trampın yaxın çevrəsinə daxil olan amerikalı milyarder İlon Mask da Aİ-də siyasi azadlıqların məhdudlaşdırıldığını bildirərək Avropa Komissiyasının ləğv edilərək seçkili qurumla əvəz olunmasını təklif edir. Özünü demokratiyanın müdafiəçisi kimi təqdim edən Avro-strukturların fəaliyyətində isə tez-tez subyektivlik, ikili standartlar, korrupsiya, rüşvət və siyasi təzyiq halları müşahidə olunur".

O bildirib ki, Avropa bir neçə il əvvəl özünü təminetmə və müstəqil təhlükəsizlik xəttini seçmiş kimi görünsə də, real nəticələr əldə olunmadı. Müdafiə xərcləri artsa belə, faktiki hərbi inteqrasiya hələ də yoxdur, sursat çatışmazlığı qalmaqdadır. Avropa ABŞ-nin  köməyi olmadan təhlükəsizlik məsələlərini təkbaşına həll etməkdə çətinlik çəkir.


Bu səbəbdən Avropa liderləri ABŞ-nin  Milli Təhlükəsizlik Strategiyasına ya ümumiyyətlə reaksiya vermir, ya da təmkinli mövqe tutur. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Vaşinqtonu hələ də “Avropanın ən böyük müttəfiqi” adlandırır. Bir sıra analitiklər isə hesab edir ki, Avropa liderləri uzunmüddətli perspektivdə Trampla razılığa gəlməyin alternativinin olmadığını düşünürlər".

Ş.Həsənova həmçinin qeyd edib ki, Tramp administrasiyasının Aİ-ni zəiflətmək niyyəti və Rusiyanın bu marağı ön plana çıxır: 

"Digər yanaşmaya görə, Avropanın indiki rifahının əsas təminatçısı ABŞ olub. Lakin əks fikir də mövcuddur ki, Tramp administrasiyası Aİ ilə münasibətləri köklü şəkildə dəyişmək, hətta zəiflətmək niyyətindədir. Bu kontekstdə Rusiyanın da Avropa İttifaqının zəiflədilməsində maraqlı olduğu vurğulanır".

Ekspert sonda əlavə edib ki, nəticə etibarilə Avropa hazırda ciddi siyasi, iqtisadi və təhlükəsizlik təzyiqləri altında qalır. Fransa Prezidenti Emmanuel Makronun Çinlə ticarət münasibətlərində tarif hədələrinə əl atması da bu sıxışmanın nəticəsi kimi qiymətləndirilir. Avropa daxilində vahid siyasi mövqenin olmaması, Rusiya–Ukrayna müharibəsinə münasibətdə parçalanma, dəyərlər böhranı və institusional zəiflik Avro- Atlantik  strukturların dərin islahatlara ehtiyac duyduğunu açıq şəkildə göstərir".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Bütün Xəbərlər