Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB

Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB
16.06.2026 12:28 Cəmiyyət

Ötən gün Bakının ən böyük ticarət obyektlərindən biri olan "Sədərək" Ticarət Mərkəzinin qapalı korpuslarından birində yüksək gərginlikli elektrik xətlərində qəfil partlayışlar baş verib.

Diqqət çəkən məqam isə bu mərkəzdə belə hadisələrin tez-tez təkrarlanmasıdır.

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, əsas problem mövcud elektrik şəbəkəsinin real yükə hesablanmamasıdır:

“Köhnədən çəkilən xətlər müəyyən formada hesablanmış qoşulmalar üçün nəzərdə tutulmuşdursa, hazırda qoşulanların sayı artıb və mövcud xətt artıq bu yükə cavab vermir. O cümlədən naqillərin köhnə olması, profilaktik texniki baxışın yetərsizliyi və avtomatik yanğın mühafizə sistemlərinin olmaması da problemin əsas səbəblərindəndir”.

Digər təhlükəsizlik eksperti Elmar Nurəliyev isə qeyd edib ki, bütün təyinatlı obyektlərdə elektrik təhlükəsizliyi məsələsi ön planda olmalıdır:

“Statistikaya baxdıqda görürük ki, yanğınların əksəriyyəti elektrik qısaqapanmalarının payına düşür. Yəni elektrik təsərrüfatı nasaz vəziyyətdə olarsa, keyfiyyətsiz elektrik naqillərindən istifadə edilərsə, düzgün izolyasiya təmin olunmazsa, elektrik şəbəkəsinə hansısa kənar müdaxilə edilərsə və ya şəbəkə normadan artıq yüklənərsə, bu, əlbəttə ki, qızma, qısaqapanma və yanğınla nəticələnə bilər.

Bu baxımdan, elektrik təsərrüfatını daim saz vəziyyətdə saxlamaq, müqavimətə davamlılığını yoxlamaq, normadan artıq yüklənmənin qarşısını almaq vacibdir. Kustar üsullarla hazırlanmış cihazların şəbəkəyə qoşulmasına yol verilməməli, eləcə də bu sahə üzrə ixtisaslaşmamış şəxslər elektrik təsərrüfatına müdaxilə etməməli və təmir işləri aparmamalıdır. Bu cür işlər yalnız ixtisaslaşmış müəssisələrə və peşəkar mütəxəssislərə həvalə olunmalıdır”.

Xatırladaq ki, ötən ilin avqust ayında da "Sədərək" ticarət mərkəzində yanğın baş vermiş, nəticədə 10-dan çox adam tüstüdən zəhərlənmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər