Ermənistanda KARTLAR PAYLANILIR: “Daxili və xarici siyasətdə ciddi dəyişikliklər olacaq ” – ŞƏRH

Ermənistanda KARTLAR PAYLANILIR: “Daxili və xarici siyasətdə ciddi dəyişikliklər olacaq ” – ŞƏRH
05.01.2026 16:10 Təhlil

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Avropa Siyasi Birliyinin 2026-cı ilin mayında İrəvanda keçirilməsi planlaşdırılan sammiti ilə bağlı müxalifətə ciddi çağırış edib. O, müxalif qüvvələri bütün daxili ziddiyyətləri bir kənara qoyaraq Avropa tərəfinə birgə məktubla müraciət etməyə və sammitin təxirə salınmasını tələb etməyə səsləyib.

Oskanyan bəyan edib ki, parlament seçkilərinə cəmi bir neçə həftə qalmış belə yüksək səviyyəli beynəlxalq tədbirin keçirilməsi istənilən halda Baş nazir Nikol Paşinyanın legitimləşdirilməsi kimi yozulacaq. Onun fikrincə, bu proses hakimiyyətin əlini daha da gücləndirir və müxalif düşərgəyə qarşı repressiyalar, eləcə də azad medianın sıxışdırılması üçün siyasi zəmin yaradır.

Oskanyanın açıqlamalarını TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, bu açıqlamalar təsadüfi deyil və bu, ölkədə Baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət fonunda formalaşan köhnə və yeni siyasi qütblər arasındakı qarşıdurmanın açıq ifadəsidir:


“Vardan Oskanyan 1998–2008-ci illərdə sabiq prezidentlər Robert Köçəryan–Serj Sarkisyan dövründə Ermənistanın xarici işlər naziri olub. O, qərbyönümlü mövqeyi ilə seçilən və eyni zamanda “Qarabağ klanı”nın diplomatik qanadına yaxın fiqur kimi tanınır. Uzun müddət aktiv siyasətdə görünməsə də, məhz kritik mərhələlərdə ortaya çıxması onun üçün xarakterikdir”.

Ekspert qeyd edib ki, Oskanyanın seçki öncəsi bu cür müraciətlə çıxış etməsi pərdə arxasında daha geniş siyasi proseslərin baş verdiyini göstərir: 

“Əslində bu, müəyyən siyasi qüvvələrin Paşinyanın mövqeyini zəiflətmək məqsədilə Oskanyanı önə çıxarmasıdır. Məhz Oskanyanın seçilməsi təsadüfi deyil. O, qərbyönümlü siyasətçi kimi Qərbin siyasi dairələrinə daha asan çıxışı olan fiqurdur və bu tip mesajların onun vasitəsilə ötürülməsi daha effektiv hesab olunur”. 

Ç. Şahbazi bildirib ki, Oskanyanın irəli sürdüyü arqumentlərin bir qismi real siyasi risklərə əsaslanır:  


“Avropa Siyasi Birliyinin İrəvanda keçirilməsi planlaşdırılan sammiti Paşinyan üçün beynəlxalq legitimlik alətinə çevrilə bilər. Bu sammit seçki öncəsi ona “Qərb tərəfindən qəbul edilən lider” imici qazandırır. Oskanyanın əsas mesajı ondan ibarətdir ki, bu sammit Paşinyan üçün siyasi qalxan rolunu oynayır və dolayısı ilə Qərbə “Paşinyanın legitimliyini təmin etməyin” əleyhinə çağırış edilir”.

Politoloqun sözlərinə görə, bu yanaşma Qərbin Ermənistanın daxili siyasi proseslərinə açıq şəkildə müdaxilə etməməsi mesajını da ehtiva edir:

“Oskanyan faktiki olaraq Qərbə Paşinyanı açıq şəkildə himayə etməmək və Ermənistanın daxili işlərinə birbaşa təsir göstərməkdən çəkinmək çağırışı edir. Oskanyanın vahid namizəd ətrafında birləşmə çağırışı da təsadüfi deyil və bu, siyasi mübarizənin yeni mərhələyə keçdiyini göstərir. Ermənistanda artıq Qarabağ mövzusu gündəmdən çıxıb. Hakimiyyət uğrunda mübarizə “demokratiya” və “legitimlik” xətti üzərində qurulur. Bu kontekstdə Oskanyan Paşinyanı avtoritarlaşan lider kimi təqdim etməyə çalışır və onun Qərb dairələri qarşısında nüfuzunu sarsıtmaq niyyəti güdür”.

Politoloqun fikrincə, bütün bu proseslər Ermənistanın həm daxili, həm də xarici siyasətində ciddi dəyişikliklərin başlanğıcına işarə edir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 All News