SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident
İranın cənub-qərbində yerləşən Bəndər İmam Xomeyni limanı üzərində pilotsuz uçuş aparatının vurulduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" İranın "Tasnim" xəbər agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli bölməsi pilotsuz uçuş aparatının cümə axşamı səhər saatlarında şəhərin hava məkanında aşkar edilərək məhv edildiyini açıqlayıb.
Bildirilib ki, vurulan dronun qalıqları Bəndər İmam Xomeyni şəhərində yaşayış evlərindən birinin üzərinə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
İİKK-nın bəyanatına əsasən, pilotsuz uçuş aparatı zərərsizləşdirildikdən sonra sursat zərərsizləşdirmə qrupu hadisə yerinə cəlb olunub, qalıqları təhlükəsizləşdirərək mümkün riskləri aradan qaldırıb.
Pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu barədə rəsmi məlumat açıqlanmayıb.
Jalə Rövşən