Vaşinqton–Tehran xətti DİQQƏT MƏRKƏZİNDƏ: Riskli ssenari!

Vaşinqton–Tehran xətti DİQQƏT MƏRKƏZİNDƏ: Riskli ssenari!
31.03.2026 18:32 Təhlil

Dünyanın diqqəti yenidən Vaşinqton–Tehran xəttinə yönəlib.

“The Wall Street Journal”ın yazdığına görə, ABŞ Prezidenti Donald Tramp İrandakı zənginləşdirilmiş uran ehtiyatlarının hərbi güc vasitəsilə ölkədən çıxarılması variantını nəzərdən keçirir.


ABŞ quru qoşunlarının bir neçə günlük birbaşa müdaxiləsini ehtiva edən bu plan həm texniki, həm də siyasi baxımdan son dərəcə riskli əməliyyat kimi qiymətləndirilir.

Bildirilir ki, Tramp hələ yekun qərar verməyib və mümkün təhdidlərin miqyasını dəyərləndirir.

Bəs bu müdaxilə siqnalları nə dərəcədə realdır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tamilla Qulami bildirib ki, ABŞ administrasiyasının İranın uran ehtiyatlarını nəzarətə götürmək üçün quru əməliyyatı planlaşdırması nəzəri baxımdan mümkün görünsə də, praktik müstəvidə effektiv nəticə verəcəyi inandırıcı deyil:


“Doğrudur, ABŞ–İran arasında artıq bir aydır davam edən müharibə şəraiti bu ehtimalı müəyyən qədər artırır. Üstəlik, Vaşinqtonun əsas məqsədi yalnız hərbi üstünlük qazanmaq deyil, həm də İranın nüvə proqramını operativ şəkildə zəiflətməkdir. Lakin uran ehtiyatlarına birbaşa nəzarət əməliyyatı klassik hava zərbələrindən fərqli olaraq dərin kəşfiyyat, mürəkkəb logistika və əraziyə fiziki nəzarət tələb edir. Bu isə faktiki olaraq məhdud miqyaslı olsa belə, başqa ölkə ərazisinə birbaşa müdaxilə deməkdir”.

Politoloq vurğulayıb ki, belə bir əməliyyatın ən böyük çətinliklərindən biri İranın nüvə obyektlərinin yerləşdiyi şəraitdir:

“İranın nüvə obyektləri əsasən yeraltı, dağlıq və yüksək mühafizə olunan ərazilərdə yerləşir. Bu obyektlərə daxil olmaq üçün ABŞ xüsusi təyinatlı qüvvələri geniş hava dəstəyi, elektron müharibə vasitələri və uzunmüddətli təhlükəsizlik tədbirləri ilə təmin etməlidir. Bu isə onsuz da davam edən müharibənin daha da uzanması deməkdir. Eyni zamanda, İranın proksi qüvvələrinin fəaliyyəti, raket zərbələri və Hörmüz boğazı üzərindən mümkün təzyiqlər əməliyyatın regional müharibəyə çevrilməsi riskini artırır”.


Tamilla Qulaminin fikrincə, bu addımın siyasi və hüquqi nəticələri də kifayət qədər mürəkkəb ola bilər:

“Uran ehtiyatlarının ələ keçirilməsi beynəlxalq hüquq baxımından ciddi mübahisələr doğura, hətta NATO müttəfiqləri arasında fikir ayrılığına səbəb ola bilər. Bundan əlavə, İran hakimiyyəti uzun illərdir “xarici düşmən” faktorundan istifadə edərək daxili birliyi qorumağa çalışır. Belə bir müdaxilə isə əksinə, rejimin mövqeyini daha da möhkəmləndirə bilər”.

Ekspertin sözlərinə görə, hazırda ABŞ üçün daha real və aşağı riskli variantlar yüksək dəqiqlikli hava zərbələri, kiber əməliyyatlar və sanksiya təzyiqinin artırılmasıdır:

“Uran ehtiyatlarının fiziki olaraq ölkədən çıxarılması yalnız o halda gündəmə gələ bilər ki, Vaşinqton İranın qısa müddətdə nüvə silahı əldə edəcəyinə tam əmin olsun və digər vasitələrin kifayət etmədiyi qənaətinə gəlsin”.


Analitik qeyd edib ki, belə bir ssenari tam istisna olunmasa da, bu, ən son və ən riskli variant kimi qiymətləndirilməlidir:

“Bu əməliyyat həm maliyyə, həm siyasi imic, həm də hərbi baxımdan son dərəcə mürəkkəbdir. Daha real ssenari ABŞ-nin İranın nüvə infrastrukturunu uzaqdan zərbələrlə zəiflətməyə üstünlük verməsidir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər