21-ci əsrin "Afina - Sparta" müharibəsi başlayır? - Tarixin ən böyük xəbərdarlığı

21-ci  əsrin "Afina - Sparta" müharibəsi başlayır? - Tarixin ən böyük xəbərdarlığı
15.05.2026 12:44 Təhlil

Pekində dünya siyasətinin iki ağır çəkisi üz-üzə gələndə, Çin lideri Si Cinpin masaya sadə görünən, amma əslində çox dərin bir sual qoydu: “Biz Fikidid tələsini aşa biləcəyikmi?”   Söhbət bəşəriyyətin qarşısında duran ən böyük seçimdən gedirdi: müharibə, yoxsa sülh? Amma Donald Trampın reaksiyası göstərdi ki, Vaşinqtonla Pekin eyni mövzudan danışsa da, dünyaya tamamilə fərqli baxırlar.

Tramp üçün beynəlxalq siyasət daha çox sövdələşmələr, tariflər, iqtisadi rəqəmlər və güc nümayişidir. Si Cinpin üçün isə bugünkü dünya minilliklər boyu təkrarlanan tarixi proseslərin davamıdır. 2026-cı ilin mayında Pekində keçirilən sammitdə Si qədim yunan tarixindən nümunə gətirib  “Fikidid tələsi”ndən danışanda, Tramp bunu daha çox Amerikanın zəifləməsi ilə bağlı mesaj kimi qəbul etdi.

Sİ nədən danışırdı? "Fikidid tələsi" nədir? 

Bu anlayış qədim yunan tarixçisi Fikididin Peloponnes müharibəsi haqqında yazdıqlarına əsaslanır. Fikidid belə yazırdı: “Afinanın yüksəlişi və bunun Spartada yaratdığı qorxu müharibəni qaçılmaz etdi.”

Harvard professoru Graham Allison bu fikri müasir beynəlxalq münasibətlərə tətbiq edərək “Fikidid tələsi” anlayışını məşhurlaşdırdı. Onun fikrincə, tarixdə yeni yüksələn bir güc mövcud hegemonu sıxışdırmağa başlayanda, tərəflər arasında yaranan qorxu və rəqabət çox vaxt müharibə riskini artırır.

Allisonun araşdırmasına görə, son 500 ildə buna bənzər 16 böyük güc qarşıdurması yaşanıb və onların 12-si müharibə ilə nəticələnib. Bu gün ən çox müzakirə olunan nümunə isə ABŞ ilə Çin arasındakı rəqabətdir.

Pekinin mesajı nə idi? 

Mayın 14-də Pekində  keçirilən görüşdə Si Cinpin Trampa açıq şəkildə belə bir sual verdi: “ABŞ və Çin Fikidid tələsini aşa bilərmi və böyük dövlətlər arasında yeni münasibət modeli yarada bilərmi?”

Burada Çinin Vaşinqtona verdiyi siyasi mesaj: Pekin artıq özünü yüksələn güc kimi görür və ABŞ-dən bu reallığı qəbul etməsini gözləyir. Xüsusilə Tayvan məsələsinin gündəmdə olduğu bir vaxtda bu mesajın çəkisi daha da böyük idi.

Tramp nə anladı? 

Tramp isə bu yanaşmanı tam başqa prizmadan oxudu. O, "Truth Social" platformasında Si Cinpinin ABŞ-nin zəiflədiyini nəzərdə tutduğunu yazdı və bunu Bayden administrasiyasının siyasəti ilə əlaqələndirdi.

Yəni Tramp məsələyə tarixi və geosiyasi konsepsiya kimi yox, daha çox güc balansı və daxili siyasət prizmasından baxdı. Bu da təəccüblü deyil. Onun siyasi üslubu həmişə daha praktik olub: tariflər, ticarət razılaşmaları, iqtisadi təzyiq və konkret nəticələr. Qədim Yunan tarixindən gələn diplomatik mesajlar isə onun siyasi ritorikasında əsas yer tutmur.

Nəticədə, Si Cinpin “Çinin yüksəlişini qəbul edin, yoxsa qarşıdurma riski artacaq” mesajı verirdi. Tramp  bunu “Amerika zəifləyib, amma mən bunu dəyişəcəyəm” kimi qəbul etdi. 

Bəlkə də həmin görüşün ən maraqlı tərəfi məhz bu idi. Eyni masada oturan iki liderin dünya görüşləri arasındakı uçurum.

Jalə Rövşən

NEWS FEED
15 JUNE 2026
İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 All News