Politoloq: “ABŞ Əfqanıstanı rəqiblərinə təslim etmədi”

Politoloq: “ABŞ Əfqanıstanı rəqiblərinə təslim etmədi”
19.09.2025 14:57 Təhlil

“Əfqanıstan bataqlığından yaxa qurtarmaq üçün ABŞ bu ölkəni tərk etmək məcburiyyətində qaldı”. 

Politoloq Mütəllim Rəhimli bunu TodayPress TV-yə şərh edərkən bildirib. 

“ABŞ Əfqanıstanı öz rəqiblərinə, xüsusilə Rusiyaya təslim etmədi” 

O vurğulayıb ki, ABŞ-nin Əfqanıstanda öz strateji məqsədlərinə tamamilə çatmadığını iddia etmək düzgün olmazdı. ABŞ Əfqanıstanı öz rəqiblərinə, xüsusilə Rusiyaya təslim etmədi. Bu ölkədə elə bir hakimiyyət formalaşdı ki, ona nəzarət etmək istəyən dövlətlər buna nail ola bilmədilər. 

“Hazırda Əfqanıstana nəzarət uğrunda açıq hərbi münaqişənin perspektivi görünmür, lakin bu, ölkənin güc mərkəzlərinin diqqətindən kənarda qaldığı mənasına gəlmir. Trampın “Baqram” aviabazasını geri qaytarmaq təklifi Əfqanıstan və region uğrunda davam edən gizli rəqabətin yalnız aşkara çıxan kiçik bir hissəsidir”, - deyə siyasi şərhçi diqqətə çatdırıb. 

“ABŞ-nin bu ölkəyə qoşun yeritməsi beynəlxalq hüququn pozulması və işğalçı addım kimi qiymətləndirilməlidir” 

O, həmçinin xatırladıb ki, ötən müddət ərzində Əfqanıstan hakimiyyəti öz dayaqlarını möhkəmləndirib və əvvəlkindən daha güclü mövqe qazanıb. Ölkədə illərlə davam edən vətəndaş müharibəsinə demək olar ki, son qoyulub. Belə bir şəraitdə hər hansısa hərbi müdaxilə kəskin və qəzəbli cavabla qarşılanacaq. Bu isə daha dəhşətli toqquşmalar və ağır hərbi, siyasi, humanitar fəlakətlərə yol aça bilər. 

“Rusiya, Çin və digər region ölkələrinin sərt reaksiyası gözlənilir” 

“Əfqanıstanın razılığı olmadan ABŞ-nin bu ölkəyə qoşun yeritməsi beynəlxalq hüququn pozulması və işğalçı addım kimi qiymətləndirilməlidir. Daha təhlükəli məqam odur ki, belə bir hərəkətə Rusiya, Çin və digər region ölkələrinin sərt reaksiyası gözlənilir. Bu isə böyük güclərin toqquşmasına və münaqişənin daha da genişlənməsinə zəmin yarada bilər”, - deyə analitik fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı “Baqram” aviabazasını geri qaytarmağa ümid etdiyini və bunun üçün müəyyən addımlar atıldığını bəyan edib.

Aysel Mətləb 

TodayPress TV

FOTOLAR

Politoloq: “ABŞ Əfqanıstanı rəqiblərinə təslim etmədi” — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Bütün Xəbərlər