İran 37 ildən sonra SEÇİM QARŞISINDA: Ali Rəhbər kim olacaq?

İran 37 ildən sonra SEÇİM QARŞISINDA: Ali Rəhbər kim olacaq?
02.03.2026 17:12 Təhlil

Xəbər verdiyimiz kimi, İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei ABŞ və İsrail tərəfindən İranın hərbi və nüvə obyektlərinə endirilən zərbələr zamanı həlak olub.

  

Onun ölümündən sonra yeni Ali Rəhbərin kim olacağı müzakirə olunur.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi bildirib ki, İran Konstitusiyasına əsasən Ali Dini Rəhbər öldükdə və ya vəzifə qabiliyyətini itirdikdə yaranmış vəziyyəti ölkənin Ekspertlər Şurası qısa müddət ərzində həll etməyə mükəlləfdir:


“Bu qurum 88 nəfər din xadimindən ibarətdir və ölkənin ali dini liderini seçmək səlahiyyəti məhz onlara məxsusdur. Ali Rəhbər vəzifəsinə yalnız yüksək səviyyəli İslam hüququ biliklərinə malik ruhani seçilə bilər və Ekspertlər Şurası bu və digər kriteriyaları nəzərə alaraq yeni lideri seçməli və bunu elan etməlidir. Xameneinin öldürülməsindən sonra İran Konstitusiyasının 107-ci maddəsinə əsasən üç nəfərlik müvəqqəti rəhbərlik şurası formalaşdırılır və bu şura Ali Dini Rəhbərin vəzifə səlahiyyətlərini icra edir. Ekspertlər Şurasının qərarı elan olunduqdan sonra isə bu proses dayandırılır və səlahiyyətlər yeni seçilmiş Ali Dini Rəhbərə verilir”.

Analitik bildirib ki, hazırda Ali Dini Rəhbərin səlahiyyətləri müvəqqəti yaradılmış üç nəfərlik şuraya həvalə olunub. Şuranın üzvləri ölkə Prezidenti Məsud Pezeşkian, məhkəmə rəhbəri Qulamhüseyn Möhsüni və Konstitusiya Şurasının üzvü Ayətullah Əlirza Arafidir:

“Ölkənin Ali Dini Rəhbəri vəzifəsinə mümkün namizədlər arasında müxtəlif dini liderlər və yüksək səviyyəli məmurlar yer alır. Əlbəttə ki, Xameneinin öldürülməsindən sonra İran daxilində istər dini rəhbər postu uğrunda, istərsə də digər sahələrdə gərginliyin artacağı gözlənilir və bu, eyni zamanda regional gərginliyin yüksəlməsinə də səbəb ola bilər. Qısa və konkret desək, proseslərin gedişi göstərir ki, İranın nüfuz dairəsində ciddi dəyişikliklərin baş verməsi qaçılmazdır və Xameneinin öldürülməsi İran üçün dönüş nöqtəsi rolunu oynaya bilər. Bu səbəbdən hər hansı bir konkret varisdən danışmaq çətindir və hesab edirəm ki, proseslər ABŞ-nin nəzarətindən kənara çıxmayacaq”.

Bununla belə, Çingiz Şahbazi əlavə edib ki, mövcud kriteriyalara uyğun mümkün namizədlər var:


“Beynəlxalq mənbələr müxtəlif şəxslərin adlarını çəkirlər. Ayətullah Əlirza Arafi daha çox bu posta şanslı fiqurlardan biri kimi təqdim olunur. O, tanınmış alimlərdən biridir və hazırda müvəqqəti rəhbərlikdə yer alan şəxslərdəndir. Müstafa Xamenei də bu posta gətirilə biləcək şəxslərdən biri kimi göstərilir. O, öldürülən Xameneinin oğludur. Bundan başqa, Sadiq Laricaninin də bu vəzifəyə gəlmə ehtimalı yüksək qiymətləndirilir. Digər namizədlərin də ortaya çıxması ehtimalı istisna deyil.

Hesab edirəm ki, Ekspertlər Şurasının qərarı mövcud vəziyyəti və üst-üstə düşən kriteriyaları nəzərə alaraq yeni lideri müəyyən edəcək”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Bütün Xəbərlər