Ramiz Yunus: "Vaşinqton görüşü Qərb siyasətinin iflasıdır"

Ramiz Yunus: "Vaşinqton görüşü Qərb siyasətinin iflasıdır"
08.08.2025 12:21 Təhlil

"Bu gün Vaşinqtonda baş verəcək tarixi hadisə Cənubi Qafqazın geosiyasi mənzərəsini və gələcəyini tamamilə dəyişəcək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsi siyasi və diplomatik uğurudur. O, yalnız müharibəni qazanmayıb, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib, həm də sülh gündəliyini müəyyənləşdirib və Ermənistanı Azərbaycanın bütün şərtlərini qəbul etməyə vadar edib".

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb.

O,  Şuşada keçirilən Qlobal Media Forumundakı iştirakını xatırladıb:

"Xatırlayıram, 5 noyabr 2024-cü il tarixində ABŞ-də keçirilən prezident seçkilərindən üç ay əvvəl Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyev ABŞ seçkiləri ilə bağlı sualıma cavab verərkən böyük uzaqgörənlik və cəsarət nümayiş etdirmiş, həmin vaxt prezidentliyə namizəd olan Donald Tramp barədə müsbət fikir bildirmiş və diplomatik dillə desək, onun namizədliyinə dəstəyini ifadə etmişdi.

Sonrakı hadisələr Prezident İlham Əliyevin seçdiyi strategiyanın nə qədər düzgün olduğunu tam təsdiqlədi. Bu gün isə Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra iki ölkə və iki lider arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açılıb".

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanla ABŞ arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və əməkdaşlıq strateji tərəfdaşlıq istiqamətində inkişaf edir:

"Bunun aydın sübutu səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında strateji tərəfdaşlıq xartiyasının inkişafı məqsədilə Strateji İşçi Qrupun yaradılmasına dair Anlaşma Memorandumu”sənədidir . Bu xartiya üç əsas istiqaməti əhatə edəcək:

1. Energetika, ticarət və tranziti də əhatə edən regional əlaqələr;

2. Süni intellekt və rəqəmsal infrastruktur sahələrinə sərmayələri də daxil olmaqla iqtisadi investisiyalar;

3. Müdafiə sahəsində təchizat, terrorizmlə mübarizədə əməkdaşlıq və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət.

Yaradılması nəzərdə tutulan Strateji İşçi Qrupu regional əlaqələrin infrastrukturunun genişləndirilməsi, enerji sektoruna investisiyalar və süni intellektin inkişafını da əhatə edən regional ticarət-iqtisadi əməkdaşlığın təşviqi kimi mühüm məsələlərlə məşğul olacaq.

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq ölkəmizə Amerika texnologiyalarının və investisiyalarının axını, eyni zamanda ABŞ-nin iqtisadi fəallığı deməkdir".

Ramiz Yunus 907-ci düzəlişin dayandırılmasından da bəhs edib:

"Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında formalaşmış uğurlu əməkdaşlıq çərçivəsində bu səfər zamanı Ağ Ev lideri “Azadlığa Dəstək Aktı”na əlavə edilmiş 907-ci düzəlişin dayandırılmasına dair sənədi imzalayıb. Qeyd edim ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxladığı dövrdə – 1992-ci ildə ABŞ Konqresi Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi. Bu qərar guya Azərbaycanın Ermənistana qarşı blokada tətbiq etdiyi iddiasına əsaslanırdı.

Həmçinin xatırladım ki, Əfqanıstandakı əməliyyatlar başa çatdıqdan dərhal sonra ABŞ-nin sabiq prezidenti Cozef Bayden və keçmiş dövlət katibi Antoni Blinken administrasiyası təşəkkür əlaməti olaraq deyil, əksinə, 907-ci düzəlişi yenidən gündəmə gətirmişdi. Bu isə Azərbaycanla bağlı təzyiq vasitəsi kimi istifadə olunmaq istənsə də, Bayden administrasiyası üçün region siyasətində tam fiaskoya çevrildi".

Azərbaycanla Ermənistan arasında sülh gündəliyindən də bəhs edən siyasətçi əlavə edib ki, Vaşinqtonda Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirdiyi görüşün nəticəsi olaraq Birgə Bəyanat imzalanacaq:

"Azərbaycan sülh sazişinin imzalanması üçün iki əsas şərt irəli sürmüşdü:

1. ATƏT-ə birgə müraciət edərək Minsk Qrupunun ləğv olunması;

2. Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının tamamilə aradan qaldırılması.

Əminəm ki, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanacaq Birgə Bəyanatda iki ölkənin ATƏT-in baş katibinə müraciət edərək Minsk Qrupunun ləğvini istəməsi təsdiqlənəcək.

Həmçinin, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasından sonra onun imzalanması və ratifikasiyası istiqamətində növbəti addımların atılması zərurəti qəbul ediləcək. Yəni, yekun sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri – Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi zərurəti təsdiqlənəcək.

Azərbaycanın daha bir mühüm uğuru – Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra dəfələrlə əsas hissə ilə Naxçıvan arasında maneəsiz quru keçidinin təmin edilməsinin vacibliyini vurğulaması – Ermənistan tərəfindən qəbul ediləcək və həmin məsələ də Birgə Bəyanatda öz əksini tapacaq. Beləliklə, Zəngəzur dəhlizi reallaşdırılacaq və Donald Tramp bu dəhlizin zəmanətçisi kimi çıxış edəcək".

Professor diqqətə çatdırıb ki, Vaşinqtonda baş verəcək daha bir tarixi hadisə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən sülh sazişi mətninin paraflanması olacaq. Bu, tərəflərin sənədin mətnini razılaşdırdıqlarını təsdiq edəcək. Paraflama sülh sazişinin imzalanması demək deyil, lakin bu istiqamətdə ciddi bir addımdır. Yekun imzalanma Ermənistanın 2026-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirəcəyi referendumdan sonra təmin olunacaq.

"Bütün bunlar onu göstərir ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə ölkəmiz qarşıya qoyduğu bütün məqsədlərə nail olur. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu Birgə Bəyanat isə Prezidentin və ölkəmizin növbəti qələbəsidir, çünki Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib.

Bundan əlavə, bu hadisə azərbaycanofobiya ilə seçilən Fransa Prezidenti Emmanuel Makronun, keçmiş uydurma qurumu tanıyan fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, “Amnesty International”, “Human Rights Watch”, erməni lobbisinin və ANCA-nın, habelə Azərbaycana sanksiya və təcrid təhdidləri ilə çıxış edən Cozef Borrel, Frank Pallon, Adam Şiff kimi şəxslərin məğlubiyyətidir.

Vaşinqtonda bu gün baş verəcək hadisənin tarixi əhəmiyyəti o qədər böyükdür ki, Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və ABŞ Prezidenti Nobel Sülh Mükafatına namizəd göstərilməyə layiqdir", - deyə Ramiz Yunus vurğulayıb.

Siyasətçi sonda böyük filosof Platondan sitat gətirib: 

“Hər bir müdrikliyin əsası səbirdir”. 

“Azərbaycan Prezidenti bu gün Vaşinqtonda bunun bariz sübutudur”, - deyə professor fikrini yekunlaşdırıb. 

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 Bütün Xəbərlər