Azərbaycanda 2200 illik qədim şəhər tapıldı

Azərbaycanda 2200 illik qədim şəhər tapıldı
15.07.2026 13:21 Sosial

Yardımlıda arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid şəhər qalıqları tapılıb.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, Yardımlıda, Azərbaycan-ABŞ müştərək ekspedisiyası Urakəran kəndində 2200 il əvvələ aid antik yaşayış məskəni aşkarlayıb.

Bu, cənub-şərq dağlıq zonasında Atropatena dövrünə aid öyrənilən ilk iri şəhər tipli məskən sayılır. Ərazidə qədim istehsalat və təsərrüfat izləri üzə çıxıb. Tədqiqatlar rayonun Viləş çayının sol sahilində, strateji dağlıq zonada aparılır. "Seyidin yeri" adlı bu ərazi qədim dövrün irimiqyaslı yaşayış məskəni hesab edilir.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Cənub-şərq dağlıq ərazilərinin antik dövr abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri Ceyhun Eminli bildirib ki, bu, Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətli olan Atropatena dövlətinin tarixi ərazisidir:

“Məhz bu ərazidə də qeyd olunan dövrə aid yaşayış məskənlərini aşkar etmək olduqca önəmlidir. Tədqiqat müddətində burada, iri tikili qalıqları aşkar edə bildik və ümumilikdə bu, 2200 illik tarixi əhatə edir. Tədqiqat prosesində məlum oldu ki, burada eyni xronoloji çərçivədə, yəni bir-birindən bir neçə yüzillik fərq olmaq şərti ilə iri tikililər salınıb. Tədqiqat prosesində otaqlar da aşkar edildi. Müdafiə istehkamı olan müəyyən hissələri var. Tədqiqatlar göstərir ki, burada o dövrdə yanğın baş verib, tavanlar yanaraq dağılıb".

Onun sözlərinə görə, arxeoloji tapıntılar bu ərazidə məhz eramızın birinci əsrinin əvvəllərindən yerli şüşə istehsalının olduğunu təsdiq edir.

Bildirilib ki, AMEA və ABŞ-ın Los-Anceles Universitetinin alimləri Atropatenanın dağlıq bölgələrindəki urbanizasiya proseslərini də araşdırırlar. Toplanan orqanik nümunələrin dərindən analizi ABŞ-ın Hamilton Kollecində laborator şəraitdə aparılacaq.

Los-Anceles Kaliforniya Universitetinin arxeologiya üzrə professoru Lara Fabianın sözlərinə görə, ərazidə daha da qədim antik materiallar var:

“Bu il buradan ayrıldıqdan sonra mən və arxeoloq həmkarlarım bu tapıntılar haqqında elmi məqalələr yazmağa davam edəcəyik. Məqsədimiz bu materialları tanıtmaq və Azərbaycanın zəngin arxeoloji irsinə daha çox diqqət cəlb etməkdir. Ümid edirəm ki, gələcəkdə də bu ərazidə tədqiqatlarımızı davam etdirə biləcəyik. Çünki bu, çox mühüm arxeoloji abidədir və onun öyrənilməsi, eyni zamanda qorunması böyük əhəmiyyət daşıyır”.

Məlumata görə, kompleksin açıq səma altında muzeyə çevrilməsi və turizm marşrutuna salınması nəzərdə tutulur.

Qeyd edilib ki, araşdırmalar nəticəsində xeyli sayda orqanik nümunələr toplanıb. Geniş ərazini əhatə edən bu kompleksin tam strukturunu müəyyən etmək üçün növbəti illərdə müasir texnoloji vasitələrlə daha irimiqyaslı qazıntılar planlaşdırılır.

PHOTOS

Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 1
Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 2
Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 3
Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 4
Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 5
NEWS FEED
15 JULY 2026
Moskva ilə Bakı arasında nələr yaşanır - Zatulin də danışdı 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar 15:21 CENTCOM açıqladı: İrana qarşı zərbələr... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Böyük Britaniya yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək 14:46 Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı 14:25 İran limanlarına qıfıl vuruldu - ABŞ yarımçıq qoyduğu işi tamamlamaq istəyir 14:23 Dövlətə xəyanət edən şəxs barəsində qərar verildi 14:14 Əfsanəvi Dəməşq poladı - Şərqin sıyrılmış qılıncının sirri açıldı 13:59 Dronla vurulan gəminin kapitanı həlak oldu - FOTO 13:47 DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir 13:39 TƏCİLİ! ABŞ İranın ərzaq infrastrukturunu vurdu 13:21 Azərbaycanda 2200 illik qədim şəhər tapıldı 13:21 All News