Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı

Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı
15.07.2026 14:35 Cəmiyyət

Son illər Azərbaycanda mənzil qiymətlərinin sürətlə bahalaşması cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə vətəndaşlar 70-80 min manat büdcə ilə mənzil tapmağın çətinləşdiyini, qiymət artımında isə ipoteka kreditlərinin rol oynadığını iddia edirlər. Digər tərəfdən, evlərin real dəyərindən qat-qat baha satıldığı ilə bağlı fikirlər də səsləndirilir.

Mövzu ilə bağlı TodayPress TV-nin suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, daşınmaz əmlak bazarında qiymət artımının arxasında tək bir deyil, çoxsaylı iqtisadi və sosial amillər dayanır.


Onun sözlərinə görə, hazırda daşınmaz əmlak Azərbaycanda ən cəlbedici investisiya istiqamətinə çevrilib:

"Mənzillərin və evlərin qiymətinin artımı daşınmaz əmlakın investisiya cəlbediciliyi ilə bağlıdır. Hazırda həm sahibkarlar, həm də vətəndaşlar daha çox öz investisiyalarını bu istiqamətə yönəldirlər. Amma bu, qiymət artımının yeganə səbəbi deyil. Tikinti xərclərinin artması, məsrəflərin yüksəlməsi, inflyasiya, logistika və enerji daşıyıcılarının bahalaşması qiymətlərə birbaşa təsir edir. Bundan əlavə, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də bazarda özünü göstərir. Regionlardan Bakıya axın davam edir. İnsanlar əsasən iş imkanlarına görə paytaxtı seçirlər. Bu isə kirayə mənzil bazarında tələbi artırır. Kirayə bazarında yaranan aktivlik sonradan satış bazarına da təsir göstərir və qiymətlər yüksəlir".

AQC sədri əlavə edib ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra regionda baş verən geosiyasi proseslər də daşınmaz əmlak bazarında qiymət artımını sürətləndirib.

"Regional proseslər də mühüm rol oynayır. Ukrayna və Rusiya arasında müharibə başlayandan sonra qiymət artımı daha da hiss olunmağa başladı. Belə hadisələr daşınmaz əmlak bazarına birbaşa təsir göstərən amillərdəndir. Əlbəttə, ipoteka kreditləşməsi bazarda aktivlik yaradır. Bazara müraciət edənlərin sayı artır və bu da qiymətlərə təsir göstərir. Amma ipotekanın yaratdığı bahalaşma ümumi qiymət artımının cüzi bir hissəsidir. Əsas səbəblər investisiya marağı, tikinti xərcləri, inflyasiya və digər makroiqtisadi amillərdir".

İqtisadçı evlərin real dəyərindən baha satılması ilə bağlı fikirlərlə də razılaşmadığını bildirib.

"Evlərin dəyərindən çox baha satıldığını demək düzgün olmaz. Torpaq sahələri məhduddur, əhali artır, yeni ailələr yaranır, yeni yaşayış kompleksləri tikilir. Torpağa tələbat artır və bu da qiymətlərə təsir edir. Əvvəllər sahibkar bir layihədən əldə etdiyi qazancı kifayət hesab edirdisə, indi inflyasiya və digər iqtisadi amillərə görə daha yüksək gəlir əldə etməyə çalışır. Bu da mənzillərin satış qiymətində öz əksini tapır. Azərbaycanda mənzillərin qiyməti vətəndaşların gəlirləri ilə müqayisədə yüksək görünsə də, region ölkələri ilə müqayisədə bazarı həddindən artıq bahalı hesab etmək düzgün deyil. Daşınmaz əmlak qiymətləri minimum və orta aylıq əməkhaqqı ilə müqayisədə yüksəkdir. Ona görə də vətəndaşların böyük hissəsi mənzil ala bilmir. Amma bu, mənzillərin mütləq şəkildə həddindən artıq baha olması demək deyil. Əməkhaqları artdıqca mənzillərə əlçatanlıq da yüksələcək".

Vüqar Oruc hesab edir ki, sosial mənzil layihələrinin genişləndirilməsi, ucuz torpaq sahələrində yeni yaşayış massivlərinin salınması, "15 dəqiqəlik şəhər" modelinin tətbiqi və dövlət obyektlərinin şəhər mərkəzindən kənara köçürülməsi gələcəkdə daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar 15:21 CENTCOM açıqladı: İrana qarşı zərbələr... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Böyük Britaniya yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək 14:46 Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı 14:25 İran limanlarına qıfıl vuruldu - ABŞ yarımçıq qoyduğu işi tamamlamaq istəyir 14:23 Dövlətə xəyanət edən şəxs barəsində qərar verildi 14:14 Əfsanəvi Dəməşq poladı - Şərqin sıyrılmış qılıncının sirri açıldı 13:59 Dronla vurulan gəminin kapitanı həlak oldu - FOTO 13:47 DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir 13:39 TƏCİLİ! ABŞ İranın ərzaq infrastrukturunu vurdu 13:21 Azərbaycanda 2200 illik qədim şəhər tapıldı 13:21 Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mühüm addım atdı 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 13:01 Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir 12:43 Slovakiya Prezidenti şəhidlərin xatirəsini andı 12:39 Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur? 12:36 İntiqam qaçılmaz və yaxındır: İran ordusundan ABŞ-yə sərt reaksiya 12:32 18 yaşında yox, 30 yaşında görünürlər - Həkimdən Taleh Yüzbəyova dəstək 12:12 Putin tabutunu da qoltuğuna alıb peşman döndü - Çin quyu qazdı... 11:55 Bütün Xəbərlər