Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı

Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı
22.06.2026 05:00 Sağlamlıq

Omeqa-3 əlavələri yaddaşa və koqnitiv funksiyalara nəzərəçarpacaq müsbət təsir göstərmir, həmçinin Altsheymer xəstəliyinin qarşısını almağa kömək etmir.

TodayPress TV xəbər verir ki, bu barədə CNN omeqa-3 əlavələri ilə bağlı yeni klinik araşdırmaya istinadən məlumat yayıb.

"Əlavə şəklində qəbul edilən omeqa-3 gözlənilən effekti vermir. Hətta omeqa-3 qəbul edən iştirakçıların orqanizmində bu maddənin səviyyəsi yüksəlsə də, onların koqnitiv funksiyalarında hər hansı yaxşılaşma müşahidə olunmayıb", - deyə Kek Tibb Məktəbinin Beyin Sağlamlığı üzrə Fərdiləşdirilmiş Mərkəzinin direktoru Hüseyn Yassin bildirib.

Araşdırmada yaşı 55-80 arasında olan, orqanizmində omeqa-3 səviyyəsi aşağı və demensiya riski daşıyan 365 nəfər iştirak edib. Onlar iki qrupa bölünüblər: birinci qrup yüksək dozada omeqa-3, ikinci qrup isə plasebo qəbul edib. Tədqiqat iki il davam edib.

Nəticələr göstərib ki, hər iki qrupda nə koqnitiv funksiyalarda, nə də beynin yaddaşla əlaqəli hissəsi olan hipokampda hər hansı yaxşılaşma qeydə alınmayıb.

Alimin sözlərinə görə, demensiyanın qarşısının alınması üçün fiziki aktivlik, keyfiyyətli yuxu, stressin azaldılması və qida rasionuna yağlı balıqların daxil edilməsi daha böyük əhəmiyyət daşıyır.

TodayPress TV

NEWS FEED
11 AUGUST 2026
Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Azərbaycan neftinin qiyməti 95 dolları ötdü 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Qızıl və gümüş daha da bahalaşdı 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Dünya fond bazarlarının bu günkü mənzərəsi 09:25 Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar 09:41 Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu 09:38 Buzovnada dənizdən meyit tapıldı 09:19 Sariyevadan böyük uğur! Azərbaycan rekordu yeniləndi 09:09 Yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq 08:55 Azərbaycanlı velosipedçi Çində rəqiblərini geridə qoydu! 09:07 Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO 08:45 Kiyevdə ballistik raket uşaq xəstəxanasına düşdü - GÖRÜNTÜLƏR 08:32 Bir stəkan limonlu su nəyi dəyişir? Alimlərdən diqqətçəkən açıqlama 00:14 Yağış suyu şəhərləri istidən xilas edə bilər 22:07 Titanla aramızdakı məsafə niyə dəyişir? Alimlər izah etdi 22:26 “Kəsilməz internet” hər gün təxminən 33 dəqiqə kəsilir 22:41 All News