Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO

Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO
11.08.2026 08:45 Dünya

Rusiyanın Xabarovsk diyarında Uzaq Şərqin əsas yanacaq tədarükçülərindən biri olan Komsomolsk neft emalı zavodunda yanğın baş verib.

TodayPress TV xəbər verir ki, müəssisənin mətbuat xidmətinin məlumatına görə, yanğın zavodun köməkçi avadanlıqlarından birində başlayıb və artıq söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Zavodun fəaliyyəti dayandırılmayıb. Mətbuat xidməti yanacaq istehsalının tam həcmdə davam etdiyini bildirib. Yanğının başvermə səbəblərini araşdırmaq üçün müəssisədə xüsusi komissiya yaradılıb.

Bildirilir ki, yanğın “Rosneft”ə məxsus “RN-Komsomolsk NEZ” MMC-də baş verib. Zavod 1942-ci ildə fəaliyyətə başlayıb və ildə təxminən 8 milyon ton neft emal etmək gücünə malikdir.

Müəssisədə avtomobil benzini, dizel yanacağı, gəmi yanacağı və digər neft məhsulları istehsal olunur. Zavod Uzaq Şərqin əsas neft məhsulları tədarükçülərindən biri hesab edilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Dünya fond bazarlarının bu günkü mənzərəsi 09:25 Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar 09:41 Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu 09:38 Buzovnada dənizdən meyit tapıldı 09:19 Sariyevadan böyük uğur! Azərbaycan rekordu yeniləndi 09:09 Yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq 08:55 Azərbaycanlı velosipedçi Çində rəqiblərini geridə qoydu! 09:07 Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO 08:45 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi 08:36 Kiyevdə ballistik raket uşaq xəstəxanasına düşdü - GÖRÜNTÜLƏR 08:32 Bir stəkan limonlu su nəyi dəyişir? Alimlərdən diqqətçəkən açıqlama 00:14 Yağış suyu şəhərləri istidən xilas edə bilər 22:07 Titanla aramızdakı məsafə niyə dəyişir? Alimlər izah etdi 22:26 “Kəsilməz internet” hər gün təxminən 33 dəqiqə kəsilir 22:41 Qarın piylərini azaltmaq istəyənlər qəhvəni belə içməlidir 22:57 Kardioloq ürək üçün ən təhlükəli içkini açıqladı 23:42 31 dekabrdan sonra İraqda nə baş verəcək? SON XƏBƏRDARLIQ 23:17 “İran tamamilə müflis olub” - Hərbçilərə maaş vermirlər? 00:22 Suriyada illərdir gizlədilən nüvə materialları - ABŞ hərəkətə keçdi 00:43 Liviyada neft zavodunda güclü partlayış - VİDEO 00:50 SON DƏQİQƏ: Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNDİ 23:29 İran ABŞ-nin “zəif nöqtəsini” açıqladı - “Bu artıq asılılıqdır” 23:49 İran üçün “son şans” bitdi? Trampdan müəmmalı cavab 23:36 Bütün Xəbərlər