Ömrü uzadan dərman aşkarlandı

Ömrü uzadan dərman aşkarlandı
19.06.2025 16:52 Sağlamlıq

Aclıq və kalori məhdudlaşdırılması uzun müddətdir ki, ömrün uzadılması üçün effektiv strategiyalar kimi qəbul edilir. Lakin Şərqi İngiltərə və Qlazqo universitetlərinin alimləri müəyyən ediblər ki, oxşar təsir rapamisin adlı preparat vasitəsilə qida məhdudiyyəti olmadan əldə edilə bilər.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Aging Cell" jurnalında dərc olunub.

Tədqiqatçılar 167 tədqiqatı analiz edərək balıqlardan primatlara qədər səkkiz müxtəlif onurğalı növündə diyetin, rapamisinin və başqa məşhur preparat olan metforminin təsirini müqayisə ediblər. Məlum olub ki, rapamisin kalori məhdudiyyətində olduğu kimi, ömrü stabilliklə uzadır, halbuki metformin əhəmiyyətli fayda göstərməyib.

Əvvəlcə immunosupressant kimi istifadə olunan rapamisin hazırda potensial yaşlanmaya qarşı preparat kimi aktiv tədqiq edilir. Vacib məqam budur ki, onun effekti həm kişi, həm də qadın orqanizmlərində müşahidə olunub və diyet məhdudiyyətinin növündən asılı olmayıb. Bu da preparatı uzunömürlülük sahəsində gələcək tədqiqatlar üçün xüsusilə maraqlı edir.

Müəlliflər vurğulayırlar ki, bu rapamisinin qəbulu üçün çağırış deyil, çünki immun sistemi ilə əlaqəli ola biləcək yan təsirlər mövcuddur. Lakin aşağı dozalarla ciddi risklər hələ aşkar edilməyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
17 IYUN 2026
Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:20 Azərbaycanın İraq türkmanları ilə bağlı strategiyası nədir? 12:13 Sürücülərin DİQQƏTİNƏ: Maşından düşərkən pusqu sizi gözləyir - VİDEO 12:13 TƏCİLİ! Xəzərdə zəlzələ oldu 12:01 Zəngəzur Dəhlizi “Turan Yolu” adlandırılır - Baxçalıdan möhtəşəm TƏKLİF 11:58 Alen Simonyan evlənir 11:55 "Araz-Naxçıvan" Ülvi İsgəndərovla yeni müqavilə imzaladı 11:39 Müəllimlərin sertifikasiya imtahanları başladı - YENİLƏNDİ 11:30 Ukrayna Rusiyanı öz nefti ilə yandırır 11:28 “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi 11:15 I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır 11:07 Azərbaycan XİN İslandiyanı təbrik etdi 11:00 İnanılmaz: İran nüvə bombasından da güclü silah əldə etdi! 10:45 SON DƏQİQƏ! Bu obyektlərdən istifadə ÖDƏNİŞLİ OLDU 10:36 Böyükşor yolunda üç avtomobil TOQQUŞDU - VİDEO 10:28 Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi 10:22 Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır 10:17 Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi 10:02 Valyuta bazarında hərəkətlilik: Avronun məzənnəsi yüksəldi 09:49 Qiymətli metalların yeni qiymətləri rəsmən açıqlandı 09:44 Qərb Kiyevə həm balıq, həm tilov verir - Kremli təşvişə salan bəyanat 09:31 Enerji bazarlarında son vəziyyət: Qaz neçəyə təklif edilir? 09:31 Qlobal enerji bazarlarında ucuzlaşma: Neft kotirovkaları aşağı düşdü 09:30 Baş nazirə "Bright Uzbekistan" layihəsi təqdim olunub 09:13 DÇ 2026: Norveç İraqı məğlub etdi 08:46 Bütün Xəbərlər