Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
17.06.2026 10:22 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğuladı.

ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfərini məmnunluqla xatırladı, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd etdi.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev Abraham Hamadenin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini dedi.

O, həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğuladı.

Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq, hər iki liderin dövlətlərarası münasibətlərimizin inkişafına böyük önəm verdikləri qeyd olundu.

Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulandı, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunuldu.

Görüşdə ölkəmizlə ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olundu.

TodayPress TV

FOTOLAR

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 1
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 2
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 3
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 4
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər