Hantavirus ölkələri qarışdırdı — 42 gün sonra...

Hantavirus ölkələri qarışdırdı —  42 gün sonra...
24.06.2026 13:56 Sağlamlıq

ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) iyunun 24-də hantavirusla bağlı həyata keçirilən cavab tədbirlərini rəsmi olaraq dayandıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" CDC-nin direktor vəzifəsini icra edən Cey Bhattacaryaya istinadən məlumat yayıb.

Bildirilir ki, qərar MV Hondius kruiz gəmisinin ABŞ-dən olan bütün sərnişinlərinin Nebraska Universiteti Tibb Mərkəzində yerləşən Regional Yeni Xüsusilə Təhlükəli Patogenlərin Müalicə Mərkəzində 42 günlük karantin müddətini başa vurmasından sonra qəbul edilib. Səhiyyə rəsmilərinin məlumatına görə, karantində olan şəxslərin heç birində hantavirus aşkarlanmayıb.

Qeyd edək ki, MV Hondius gəmisi aprelin 1-də Argentinanın Uşuaya şəhərindən Kanar adalarına yola düşüb. Səfər zamanı gəmidə səkkiz nəfərdə hantavirus təsdiqlənib, onlardan üçü həyatını itirib. Gəmidə əsasən ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olmaqla, təxminən 150 nəfər olub.

Hantaviruslar əsasən kiçik məməlilərdə rast gəlinən viruslar ailəsinə daxildir. Virus insanlara da keçə bilər və ağır hallarda ağciyərlərin zədələnməsi, ürək çatışmazlığı, eləcə də hemorragik qızdırmaya səbəb ola bilər.

Qiymət Mahir

NEWS FEED
24 JUNE 2026
AccessBank yaranan problemlə bağlı müştərilərinə xəbərdarlıq etdi 16:40 Daha sağlam və parlaq dəri üçün gündəlik qulluq vərdişləri 16:30 “M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı? 16:30 Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı 16:30 Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı 16:15 Pakistanın Azərbaycandakı səfirliyi bu tarixlərdə işləməyəcək 15:53 Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər 15:22 Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI 15:16 Ərdoğan ifşa etdi: Türklər, kürdlər, ərəblər və farslar hədəfdə imiş! 15:02 Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu 15:04 Prezident Numan Kurtulmuşu qəbul etdi 14:49 Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Sidik yolu infeksiyası: Necə yaranır, əlamətləri nələrdir və necə müalicə olunur? 14:26 Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO 14:19 Rusiyanın dilindən Zəngəzur dəhlizi düşmür - Vəziyyət gərginləşir 14:18 Sosial şəbəkə ilə terror göstərişi verən silahlı vuruldu 14:11 Qərb Rusiyanı artıq dəfn edib, Moskva isə tabutu başqası üçün hazırladığını açıqladı 14:09 Tramp İranı borclu çıxarır, amma özü borc ödəyir 14:02 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti ucuzlaşdı 14:00 Hantavirus ölkələri qarışdırdı — 42 gün sonra... 13:56 Sərnişin var, vaqon yox - Qatar biletləri niyə çatmır? 13:54 Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi 13:56 All News