Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
06.08.2026 09:07 Cəmiyyət

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 6-da paytaxtda bir neçə Transformator Məntəqəsində (TM), bəzi regionlarda isə 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 2-ci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov rayonu Ziya Bünyadov prospekti və Şahmar Ələkbərov küçəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Ləki, Güvəkənd, Əmirarx kəndlərini əhatə edəcək. Ucar rayonunun Təzə Şilyan kəndində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Bütün Xəbərlər