"NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi

"NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi
07.07.2026 11:27

Xaricdə yaşayan müxalif aktivist Emil Cəfərov "NED" təşkilatından pul alan xaricdəki söyüş müxalifətini və digərlərini sərt tənqid edib. 

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

E. Cəfərovun yaydığı məlumatlara görə, rəsmi Bakının fəaliyyətini qadağan etdiyi ABŞ-nin Milli Demokratiya Fondu (NED) və Avropa Demokratiya Fondu (EED) Azərbaycandakı mövcud hakimiyyət strukturu əleyhinə fəaliyyət göstərən qüvvələrə irihəcmli vəsaitlər ayırır.

Qeyd olunur ki, təkcə 2025-ci ildə ümumi prosesə:

NED tərəfindən 1.5 milyon dollar,

EED tərəfindən isə 1.2 milyon pul yönəldilib.

Aktivist bu maliyyə yardımlarının ayrılmasında, guya, söz azadlığı adı altında hakimiyyət əleyhdarlarının dəstəklənməsi ideyasının dayandığını bildirib və əlavə edib:

"Belə görünür ki, bu pul azlıq edir, bəzilərinin qarınları doymur".

Paylaşımda xaricdəki mühacir aktivistlərin bu pulları öz adlarına rəsmiləşdirib Avropada xərclədikləri, lakin ölkə daxilində real çətinlik çəkən şəxsləri tamamilə pulsuz qoyduqları vurğulanıb. E. Cəfərov qeyd edib ki, Azərbaycanda prosesin içində olan Ələsgər Məmmədli (xərçəng xəstəliyindən əziyyət çəkir), Aynur Elgünəş və Ruslan İzzətli kimi şəxslərin müalicə və əməliyyatlarına pul tapılmadığı halda, xaricdəkilər bu vəsaitlərlə lüks həyat yaşayırlar.

Aktivist daxili çəkişmənin səbəbini belə izah edib:

"Çünki əvvəlki kimi yeyə, gəzə, əylənə bilmirlər. Parisə bal ayına gedə bilmirlər. Amma deyirlər ki, məhbusların boğazından kəsin, verin bizə".

Qiymət Mahir

NEWS FEED
07 JULY 2026
Tramp: Sammitə Ərdoğana görə gəldim, yoxsa gəlməzdim... 17:16 Tramp F-35 qırıcılarının Türkiyəyə satılmasından danışdı 17:04 Bu tarixdən Sinqapurla vizasız rejim tətbiq olunacaq 16:55 KVN-çi necə məşhur din xadimi oldu? - Hacı Şahin - Dini dəyişdirən adam 16:35 Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO 16:41 Bu vəzifəli şəxslər cərimələnəcək 16:27 Azərbaycan 17 ölkənin imzaladığı konvensiyaya qoşuldu 16:20 Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı 16:12 NATO zirvəsi iştirakçılarını 56.000-lik "ordu" qoruyur 16:00 Ağ Ev qrafiki təsdiqlədi – Tramp əvvəlcə Zelenski, sonra isə Suriyanın yeni lideri ilə nəyi bölüşəcək? 16:10 Ötən ilin büdcəsində niyə profisit yaranıb? 16:02 Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi 15:49 “Qəbələ” braziliyalı futbolçu ilə yollarını ayırdı 15:25 "Arxamızca su yox, süd səpdilər" - Monqolustan ətləri haramdır? 15:24 Xankəndidəki "Nənə və Baba" abidəsi sökülüb çinar parkı salınsın - Professordan təklif 14:55 Silahlara nəzarəti tək əldə birləşdirir – Milyardlarla dollarlıq layihə... 14:40 Trampın təyyarəsi Ankaraya endi - VİDEO 14:42 ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir? 14:37 Dron firmaları Zelenskinin sifarişi ilə minlərlə PUA istehsalına başladılar 14:24 Ukrayna müharibəsində "Alyaska" dönüşü – Lavrov danışıqların gizli qalan tərəfini açdı 14:15 Bakıda sürücünün səhlənkarlığı qəzaya səbəb oldu - ANBAAN VİDEO 14:09 Makron və Suriya Prezidenti Əməvi Məscidini ziyarət etdilər 13:59 Hörmüzdə Səudiyyə bayrağı altında üzən tanker hədəf alındı 13:56 Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur - VİDEO 13:52 Müdafiə naziri bu şəxsləri təltif etdi 13:41 All News