Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb və vətəndaş qəbulu keçirilib

Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb və vətəndaş qəbulu keçirilib
23.09.2025 18:31

Şəki "ASAN xidmət" mərkəzində Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin yeni ünvanda açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, açılışdan əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Açılış mərasimində çıxış edən Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərən Ombudsman institutu insan hüquqlarının müdafiəsi və vətəndaş məmnunluğunun təmininə xidmət edir. Bildirilib ki, yeni ünvanda yerləşən regional mərkəz müraciətlərin daha operativ araşdırılmasına, elektron yeniliklərin tətbiqi isə qəbul imkanlarının genişlənməsinə şərait yaradacaq.

Qəbul prosesində könüllülərin də vətəndaşlara yardımçı olacaqlarını bildirən S.Əliyeva əlavə edib ki, Şimal-Qərb Regional Mərkəzinin Şəki "ASAN xidmət" mərkəzində yerləşməsi ərizəçilərin sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerində həllinə imkan yaradacaq.

Ombudsman həyata keçirilən fəaliyyətin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdiyini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları Ombudsmanın Şimal-Qərb Regional Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Şimal-Qərb Regional Mərkəzinin açılışından sonra Ombudsman Səbinə Əliyeva Şəki şəhərində vətəndaş qəbulu keçirib.

Müvəkkil qəbul üçün müraciət etmiş Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçıları, həmçinin, əlilliyi olan şəxslər olmaqla, 12 nəfərin hər birini fərdi qaydada qəbul edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Sonda Ombudsman Səbinə Əliyeva Azərbaycan Televiziyasına müsahibə verərək yeni regional mərkəzin açılışı və onun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

TodayPress TV


FOTOLAR

Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb və vətəndaş qəbulu keçirilib — 1
Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb və vətəndaş qəbulu keçirilib — 2
Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb və vətəndaş qəbulu keçirilib — 3
Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb və vətəndaş qəbulu keçirilib — 4
Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb və vətəndaş qəbulu keçirilib — 5
Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb və vətəndaş qəbulu keçirilib — 6
XƏBƏR LENTİ
16 IYUN 2026
Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 Bütün Xəbərlər