Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab

Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab
02.08.2026 06:57 Maraqlı

Pişiklərin sahiblərini uzun müddət ayrılıqdan sonra belə xatırlaya bildiyi müəyyənləşdirilib.

TodayPress TV xəbər verir ki, “Futura”nın məlumatına görə, pişiklərin yaddaşı uzun illər itlərin yaddaşı qədər geniş araşdırılmasa da, mövcud tədqiqatlar onların insanlar haqqında uzunmüddətli xatirələr formalaşdıra bildiyini göstərir.

2013-cü ildə Tokio Universitetinin alimlərinin apardığı araşdırma pişiklərin sahibinin səsini yad insanların səslərindən ayıra bildiyini ortaya qoyub.

2019-cu ildə aparılan başqa bir araşdırmada isə pişiklərin öz adlarını onlara fonetik baxımdan oxşar sözlərdən fərqləndirə bildiyi müəyyənləşdirilib.

2021-ci ildə Kyoto Universitetində aparılan araşdırma isə daha maraqlı nəticə göstərib. Alimlər pişiklərin yalnız sahibinin səsinə əsaslanaraq onun harada olduğunu təsəvvürlərində müəyyənləşdirə bildiklərini aşkarlayıblar.

Mütəxəssislər pişiklərin yaddaşının dəqiq nə qədər davam etdiyini müəyyənləşdirən elmi araşdırmanın olmadığını bildirirlər. Buna görə də pişiklərin yaddaşının cəmi 16 saat davam etdiyi barədə məlumatlar elmi baxımdan təsdiqlənmir və mif hesab olunur.

Alimlərin fikrincə, xüsusilə güclü emosiyalarla əlaqəli hadisələr pişiklərin yaddaşında daha uzun müddət qala bilər. Onları yeməklə təmin edən, onlarla oynayan və ya əksinə, qorxu yaşadan insanlar heyvanın yaddaşında uzunmüddətli iz buraxa bilər.

Pişiklərin sahiblərini əsasən qoxu, səs və gündəlik rutin vasitəsilə tanıdığı ehtimal edilir. Bu assosiasiyaların aylarla, illərlə, hətta pişiyin həyatının böyük bir hissəsi boyunca qorunub saxlanıla biləcəyi bildirilir.

Kübra Musayeva

NEWS FEED
02 AUGUST 2026
ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 All News