Milyardlarla illik səyahət Günəşdə başa çatdı

Milyardlarla illik səyahət Günəşdə başa çatdı
02.07.2026 03:00 Maraqlı

Daha əvvəl məlum olmayan bir kometa hazırda Günəşdə yanaraq məhv olub.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası özünün "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, bu səma cisminin nə rəsmi adı, nə də kataloqlarda qeydiyyat nömrəsi olub. Alimlərin sözlərinə görə, söhbət milyardlarla il əvvəl formalaşmış kiçik bir kosmik cisimdən gedir. Hadisələrin gedişi nəticəsində nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə o, birbaşa Günəşə doğru istiqamətlənib.

"Bu, sadəcə kiçik, indiyədək heç kimə məlum olmayan, milyardlarla il əvvəl yaranmış və təsadüflər zənciri nəticəsində nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə birbaşa Günəşə doğru yönəlmiş bir daş idi. O, ölümündən bir an əvvəl alovlandı və dərhal da əbədi olaraq söndü. Həqiqətən kədərlidir", - deyə laboratoriyanın paylaşımında bildirilir.

Mütəxəssislər qeyd ediblər ki, Günəşlə toqquşmadan qısa müddət əvvəl kometa parlaq şəkildə alovlanıb. Lakin bu parıltı cəmi bir neçə an davam edib və səma cisminin mövcudluğunun sonunu ifadə edib.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
İqlim dəyişikliyi flaminqolara da təsir etdi 22:32 Milyardlarla illik səyahət Günəşdə başa çatdı 22:29 DÇ-2026: Belçika - Seneqal oyununda qalib müəyyənləşmədi 02:03 Yay aylarında saç baxımında ən böyük səhv - Mütəxəssis izah edir 22:27 Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilər 22:25 Vaşinqton və Tehran arasında yeni razılaşma: 3 milyard dolların taleyi bəlli oldu 00:34 Pezeşkian: Lazım olsa, SEPAH-a 100 milyon barel neft verəcəm 00:07 Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü 00:09 Prezident Lyayenin Azərbaycana səfəri ilə bağlı paylaşım etdi 00:01 İlham Əliyev və Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 19:30 İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB 19:23 ABŞ-dən Türkiyəyə tərif: "Nümunə götürməlidirlər" 21:58 BMT-nin pulu sentyabr ayında qurtara bilər 22:19 ABŞ-dən İrana sərt xəbərdarlıq: Nüvə proqramını bərpa etsəniz... 22:22 Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi 22:31 Rusiya Xameneinin dəfninə onu göndərir 21:35 "İran ona tabedir" - Pezeşkian 22:08 DÇ-2026: İngiltərə Konqonu məğlub etdi 22:10 Zelenski Koşta və Martinlə Aİ-yə üzvlüyü müzakirə etdi 21:26 Ukrayna gizli əməliyyatla bu ərazini geri qaytardı 22:03 Millimiz ev oyununu Gəncədə keçirəcək 21:21 ABŞ senatoru İranın turnirdən kənar qalmasını alqışladı: “Sevincimdən mahnı oxudum” 21:41 "Qarabağ" daha bir yoxlama oyununda uduzdu 21:37 “Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı 21:19 Millimiz Tacikistana qalib gəldi 21:23 Bütün Xəbərlər