Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…

Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
24.06.2026 08:34 Maliyyə

Azərbaycanda orta aylıq əməkhaqqının 1150 manatı keçməsi geniş müzakirə olunur. Rəsmi statistikaya görə, ölkədə əməkhaqqı göstəricilərində artım qeydə alınıb. Bununla belə, cəmiyyətdə bu rəqəmin real gəlirləri nə dərəcədə əks etdirdiyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Orta aylıq əməkhaqqının artmasına hansı amillər təsir edib? Yaxın dövrdə əməkhaqqı və sosial ödənişlərlə bağlı yeni artımların baş verməsi gözlənilirmi?

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva deyib ki, ölkədə orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-aprel aylarında 1172,1 manat təşkil edib:

“Bu göstərici 2025-ci ilin yanvar-noyabr ayına olan göstəricisi ilə müqayisədə təxminən 8 faiz artım deməkdir. Təbii ki, ilin sonunadək bu göstəricidə dəyişiklik ola bilər. Orta aylıq əməkhaqqının artımı əsasən yüksək maaşlı sahələr hesabına formalaşıb. Xüsusilə neft-qaz sənayesi, maliyyə və sığorta sektoru, informasiya texnologiyaları və dövlət sektorunda müşahidə olunan maaş artımları buna təsir edib”.

Ekspert qeyd edib ki, Bakı ilə regionlar, eləcə də dövlət və özəl sektor arasında əməkhaqqı fərqləri qalmaqdadır:

“Kənd təsərrüfatı, təhsil, səhiyyə və sosial xidmət sahələrində əməkhaqları orta göstəricidən aşağıdır. Minimum əməkhaqqının artırılmasına ehtiyac var. Buna ildə azı bir dəfə yenidən baxılması orta aylıq əməkhaqqına nisbətin yüksəlməsinə xidmət edə bilər. Azərbaycanın da ratifikasiya etdiyi Avropa Sosial Xartiyasının tələblərinə əsasən, bu nisbət 60 faizdən aşağı olmamalıdır. İnkişaf etmiş ölkələrdə isə həmin göstərici adətən 60 faizdən yüksəkdir. Hazırda Azərbaycanda bu nisbət təxminən 34 faiz təşkil edir”.

Ekspert vurğulayıb ki, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin böyük olması gəlir bərabərsizliyini daha da dərinləşdirə bilər:

“Çünki orta maaşın artımı əsasən yüksək gəlirli sahələr hesabına baş verdikdə, aşağı gəlirli sosial qruplar bunu real rifah artımı kimi hiss etmirlər. Ölkədə minimum əməkhaqqından aşağı maaş alan şəxslər də var və yaşayış xərclərinin artması onların sosial vəziyyətinə ciddi mənfi təsir göstərir”.

Professor əlavə edib ki, problemin həlli yalnız minimum əməkhaqqının inzibati qaydada artırılması ilə mümkün deyil:

“Fərqin azaldılması üçün əmək bazarı siyasəti, vergi mexanizmləri və iqtisadi inkişaf strategiyası arasında kompleks və uzlaşdırılmış yanaşma tələb olunur”.

NEWS FEED
24 JUNE 2026
İƏT PA-ya sədrlik İndoneziyadan Azərbaycana keçdi 11:18 Bakıda cərrah qadının üzünü əməliyyat etdi, dərisi cırıq-cırıq olub, soyuldu 11:12 AMB-dən uçot dərəcəsi ilə bağlı mühüm qərar 11:07 İlham Əliyev: Azərbaycan İslam dəyərlərinin qorunmasına böyük önəm verir 11:03 Prezident İslam irsinə qarşı törədilmiş cinayətlərdən danışdı 11:00 Moskva Krım uğrunda ölümünə savaşa girir 10:50 Azərbaycan nefti enişə davam edir - Son qiymət AÇIQLANDI 10:44 Məscidlərimizə donuz doldurdular, "Qurani-Kərim"i yandırdılar - Prezidentdən dünya müsəlmanlarına müraciət 10:34 ADY bilet satışı ilə bağlı iddialara cavab verdi 10:29 Rusiya ifşa edildi — Xəzəri qurudurmuş 10:19 Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq 10:18 Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO 10:10 İmtahana gedənlərin nəzərinə: Özünüzlə bu iki sənədi mütləq götürün! 10:05 ABB və "m10" arasında pul köçürmələri dayandırıldı 10:05 Dünya Qalibafdan danışır, o isə Bakıdadır 10:03 Əbülfəz Elçibəyin doğum günüdür 09:57 Böyük səfər: Fon der Leyen Bakının qapılarına nə üçün gəlir? 09:42 Bakının iki rayonunda işıq olmayacaq 09:39 Dünyanı təhdid edən qorxulu problem Bakıya çatdı – Nə edəcəyik? 09:27 Burun çəpərində əyrilik nə zaman problem yaradır? Səbəblər və həll yolları 09:23 Enerji birjasında dalğalanma davam edir - Neft neçəyə təklif olunur? 09:20 Şimali Kiprin spikeri Azərbaycanda səfərdədir 08:57 DÇ-2026: Kolumbiya Konqonu məğlub etdi 08:44 İranın ən məşhur adamı Bakıda 08:35 Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz… 08:34 All News