5 aylıq büdcə göstəriciləri açıqlandı: Gəlirlər azalıb?

5 aylıq büdcə göstəriciləri açıqlandı: Gəlirlər azalıb?
08.06.2026 10:55 Maliyyə

Bu ilin yanvar-may aylarında Azərbaycanın xəzinədarlıq orqanları 501 mindən çox və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 % az ödəniş tapşırığı icra edib.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 5 ayda icmal büdcənin gəlirləri 19 milyard 865,3 milyon manat, xərcləri 15 milyard 611,5 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat (1 il əvvələ nisbətən 4,5 % az, proqnozdan 1,6 % çox), xərcləri 13 milyard 375,2 milyon manat (illik müqayisədə 2,3 %, proqnozdan 3,4 % az) təşkil edib.

Son nəticədə icmal büdcədə 4 milyard 253,8 milyon manat, dövlət büdcəsində isə 2 milyard 990,5 milyon manat profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 7 milyard 825,3 milyon manat (proqnozdan 1,7 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 534 milyon manat (proqnozdan 0,4 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat (proqnozdan 13,3 % çox), sair daxilolmalar 352,4 milyon manat (proqnozdan 2,8 dəfə çox), Dövlət Neft Fondundan transfert 5 milyard 350 milyon manat (proqnoza qarşı 100 %), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 281,8 milyon manat (proqnozdan 27,2 % az) təşkil edib.

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 All News