Azad olunmuş ərazilərə ayrılmış vəsaitin 74,4%-i nəqliyyat infrastrukturuna yönəldildi

Azad olunmuş ərazilərə ayrılmış vəsaitin 74,4%-i nəqliyyat infrastrukturuna yönəldildi
27.05.2025 10:36 Maliyyə

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ötən il ayrılmış vəsaitin hansı sahələrə istifadə edildiyi açıqlanıb. 

TodayPress TV xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ilin dövlət büdcəsindən 5345,7 milyon manat vəsait ayrılıb. 

Həmin vəsaitin 4824,0 milyon manatı və ya 90,2 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 230,0 milyon manatı və ya 4,3 faizi “Avtomobil yolları” məqsədli büdcə fondu vəsaitinin, 100,0 milyon manatı və ya 1,9 faizi xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə vəsaitin, 191,7 milyon manatı və ya 3,6 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür. 

Bu vəsaitin 4865,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 3967,2 milyon manat (avtomobil yollarına 3733,9 milyon manat, dəmir yollarına 233,3 milyon manat), yeni yaşayış komplekslərinin tikintisi, təmiri, bərpası və ərazidə abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə 497,6 milyon manat, yeni su elektrik stansiyalarının və enerji qovşaqlarının tikintisinə 299,3 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsinə 18,3 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 50,0 milyon manat, turizm infrastrukturunun qurulmasına 2,2 milyon manat, bərk məişət tullantıları infrastrukturunun yaradılmasına 7,2 milyon manat, Radio-Televiziya Yayım Stansiyasının tikintisinə 22,0 milyon manat və digər infrastruktur layihələrinə 1,8 milyon manat), 109,2 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 16,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 354,1 milyon manatı sosial təyinatlı layihələr (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə) üzrə xərclərə yönəldilib. 

Qeyd edək ki, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Rəyində qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2024-cü ildə ayrılmış vəsait 4857,5 mln. manat, ödənilmiş vəsait isə 4824,0 mln. manat olmaqla icra 99,3% təşkil edib. 

2023-cü illə müqayisədə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılmış vəsait 57,5 mln. manat və ya 1,2%, ödənilmiş vəsait isə 24,0 mln. manat və ya 0,5% artıb. 

Hesabat dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihələrinə ödənilmiş vəsaitin (icra edilmiş) 74,4%-i (2023-cü ildə 76,6%) nəqliyyat infrastrukturuna yönəldilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Bütün Xəbərlər