Məhsul festivallarında satış həcmi 8 milyon manatı ötdü

Məhsul festivallarında satış həcmi 8 milyon manatı ötdü
17.12.2025 12:25 Kənd Təsərrüfatı

“Bu ildən etibarən rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ölkə üzrə məhsul festivallarının keçirilməsinə start verilib”.

TodayPress TV xəbər verir ki, bu barədə Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov jurnalistlərə açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, ümumilikdə 11 iqtisadi rayonda 19 məhsul festivalı təşkil olunub. Onlardan 12-si birbaşa Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilib.

Direktor bildirib ki, cari ildə keçirilən festivallar çərçivəsində ümumi satış həcmi 8 milyon manatdan çox olub. Müqayisə üçün qeyd edilib ki, ötən il bu göstərici 6 milyon manat təşkil edib.

Anar Cəfərov vurğulayıb ki, festivallar zamanı kredit yarmarkaları da təşkil olunub və maliyyə qurumları prosesdə aktiv şəkildə iştirak ediblər. Eyni zamanda fermerlərin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici təqdimatlar və praktiki nümayişlər keçirilib.

Onun sözlərinə görə, il ərzində regionlarda ümumilikdə 14 panel müzakirəsi təşkil olunub. Bu müzakirələr zamanı fermerləri maraqlandıran suallar yerindəcə cavablandırılıb, qarşıya çıxan problemlər və gözləntilər ətrafında açıq fikir mübadiləsi aparılıb.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 All News